İran LGBTİ+ uşaqlara elektroşok tətbiq edir

İranın LGBTİ+ uşaqlara elektrik şoku tətbiq etməsi işgəncə və ‘nasist rəftarını əks etdirir'. 

Birləşmiş Millətlər Təşkilatı hesabatında İran İslam Respublikasının digər insan haqları pozuntuları ilə yanaşı, LGBTİ+ uşaqlara elektroşok ilə işgəncə tətbiq etdiyini müəyyən edib. 

Britaniyalı LGBTİ+ təşviqatçısı Peter Tatchell The Jerusalem Post-a verdiyi açıqlamasında rejimin “pis rəftar hallarının nasistlərin və digər faşist rejimlərinin anti-LGBTİ+ tibbi müalicələrini əks etdirdiyini” söylədi. 

Tatchell Twitter-də İranın beynəlxalq tibb dərnəkləri və konfranslarından qovulmasını istədi. 

Birləşmiş Millətlər Təşkilatının İran üzrə Xüsusi Məruzəçisi Javaid Rehman'ın “lezbiyan, gey, biseksual və transgender uşaqların elektroşoka, hormonların və güclü psixoaktiv dərmanların verilməsinə məruz qalması barədə xəbərlər” haqqında yazdığı bildirilib. 

İranda hazırda kişilər arasında seks edam cəzası və qadınlar arasında seks isə 100 şallaq zərbəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. 

BMT-nin bir hesabatına görə, Uşaq Hüquqları Komitəsi 2016-cı ildə bu praktikaların LGBTİ+ uşaqları “müalicə etmək” üçün həyata keçiriləcəyindən narahat olduğunu bildirmişdi. 

Əlavə olaraq  qeyd edilmişdir ki, “beynəlxalq hüquq LGB və interseks şəxslər də daxil olmaqla, bütün insanların hüquqlarını açıq şəkildə qoruyur”.


Mənbə: PinkNews



Powered by Froala Editor