Psixoloqdan homofobik “cinsi tərbiyə”
Psixoloqun iddiasına görə, cinsi tərbiyə “eynicinsli münasibətlərin və cinsiyyət dəyişkənliyinin aradan qaldırılması üçün vacibdir”
22/Feb/21
1864
Psixoloqdan homofobik “cinsi tərbiyə”
Bir neçə həftə əvvəl psixoloq Samirə Babayeva öz İnstaqram səhifəsində “Cinsi tərbiyə niyə vacibdir” mövzulu video yerləşdirmişdir.
Psixoloqun iddiasına görə, cinsi tərbiyə “eynicinsli münasibətlərin və cinsiyyət dəyişkənliyinin aradan qaldırılması üçün vacibdir.”
Psixoloq izləyicilərinə cinsi tərbiyə adı altında konversiya terapiyasını tövsiyə edir.
2001-ci ildən Azərbaycanda homoseksuallıq cinayət sayılmır və Azərbaycan səhiyyə sistemində 2005-ci ildən etibarən yeganə təsnifat kimi Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı (XBT-10) istifadə edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi Nəfəs LGBTİ Azərbaycan Alyansına verdiyi açıqlamada “ölkəmizdə homoseksuallığın xəstəlik kimi təsnif edilmədiyini” və homoseksuallıq diaqnoz olmadığı üçün həkimlərin bu diaqnoz altında müalicə yazmasının, yaxud “homoseksuallığı aradan qaldıra biləcəyini iddia etməsinin” qəbuledilməz olduğunu bildirmişdir.
Powered by Froala Editor