İsraildə hər üç saatda bir LGBTİ+ə hücum edilir
Narahatedici hesabata əsasən, keçən il İsraildə hər üç saatda bir LGBTİ+ə hücum edildiyi aşkar olunub
24/Feb/21
1789
İsraildə hər üç saatda bir LGBTİ+ə hücum edilir
Narahatedici hesabata əsasən, keçən il İsraildə hər üç saatda bir LGBTİ+ə hücum edildiyi aşkar olunub.
2020-ci ildə İsraildə hər üç saatda bir LGBTİ+ə hücum edilib, LGBTİ+ icmasına qarşı şiddətli və nifrət dolu hadisələrdə kəskin sıçrayış olub.
Aguda Nir Katz Mərkəzi - İsrailin LGBTQ Bərabərliyi Dərnəyinin illik hesabatında LGBTİ+ icmasına qarşı 2020-ci ildə 2696 hücumun edildiyi bildirilir. Bu rəqəm 2019-cu il ildə qeydə alınmış 2125 hadisə ilə müqayisədə 27% artım deməkdir.
Aguda hazırladıqları hesabatda İsraildə ev, iş, sosial mühit və dövlət qurumları da daxil olmaqla LGBT+fobiyanın “həyatın bütün sahələrində hələ də mövcud olduğunu” açıqlayıb.
2020-ci ildə LGBTİ+lərə qarşı edilən şiddət xəbərlərinin yarısından çoxunu (55%) qadınlar (cisgender və trans), hesabatların 33%-ni isə kişilər təşkil edir. Xəbərlərin dörddə biri (25%) translara aiddir və genderkuirlər isə hazırlanan hesabatda qeyd olunan hər 10 keysdən birini (12%) təşkil edir.
Mənbə: PinkNews
Powered by Froala Editor