Tunisli LGBTİ+ fəalı polis təcavüzündən şikayətçi olduqdan sonra altı ay həbs cəzası aldı

Tanınmış tunisli LGBTİ+ fəalının polisə qarşı təqib şikayəti verdiyinə görə həbs olunmasından sonra insan hüquqları müdafiəçiləri həyəcan təbili çalırlar.

Human Rights Watch xəbər verir ki, 26 yaşlı Rania Amdouni səlahiyyətlilərin təcavüz şikayətini qeyd etməkdən imtina etməsindən sonra polis bölməsi qarşısında qışqırdığı üçün 27 fevralda saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilib.

Vəkilinin dediyi məlumata görə, şikayət polis əməkdaşlarının ona qarşı həm ictimai məkanlarda, həm də onlayn baş verən, təkrarlanan təqibləri ilə bağlıdır.

O, polis bölməsində polislə üzləşərkən səlahiyyətlilərin onun görünüşünə lağ etdiklərini və ehtimal olunan seksual oriyentasiyasına görə ona zorakılıq etdiklərini bildirib.

"Səkkiz polis məmuru onu mühasirəyə aldı və dəfələrlə onu təhqir etdi, biri ona 'sən homoseksualsan, bizə qalib gəlməyəcəksən və polis məmurlarına böhtan atmağına icazə verməyəcəyik'", - deyə hadisəyə şahid olan vəkil bildirib.

Hazırda Amdouni Tunisin qərbində Manoubada qadın həbsxanasında saxlanılır. Vəkilinin dediyinə görə, gecə saatlarında gender ifadəsi səbəbiylə mühafizəçilər təcavüz və təhdid etmək üçün onun kamerasına girib.

"Rania polisi təhqir etdiyinə və əxlaqdan sui-istifadə etdiyinə görə altı ay həbs cəzasına məhkum edilib", - deyə Amdouni-ni təmsil edən hüquq komandasndan Saida Guarach qeyd edib.

Polis məmurunu təhqir etmək ittihamı cinayət məcəlləsinin 125-ci maddəsi ilə bir ilə qədər həbs cəzası ilə cəzalandırılır.


Mənbə: PinkNews



Powered by Froala Editor