Seks heç zaman qocalmır

“Seks heç zaman qocalmır” adlı təşəbbüs müxtəlif milliyyət və seksual oriyentasiyalara mənsub olan və öz partnyorları ilə intim münasibətdə olan 55 yaş və yuxarı şəxslərə xitab edir. Ağ-qara şəkillər yaş ötdükcə sevişmənin azalması barədə təsəvvürlərə meydan oxuyur. Bu möhtəşəm reklam kampaniyasının arxasında Londonun The Gates Films şirkəti dayanır.

Şəkillərdə təqdim olunan cütlüklərdən biri - Rouz və Linda deyiblər: “Siz yaşlandıqca insanlar səhvən elə düşünür ki, siz sevişməyi dayandırırsınız. Biz Replens-lə əməkdaşlıq etdiyimizə və yaş ötdükcə seksual yaxınlığın azalması tabusuna meydan oxuduğumuza görə qürur duyuruq. Biz qəti əminik ki, seks heç vaxt qocalmır. Hər halda, nə qədər təcrübəli olursansa, bir o qədər də yaxşı olur!”

Bu aksiya o qədər təsirli olub ki, Replens MD “London reklam müxtəlifliyi üçün nəqliyyat” nominasiyasında mütləq qalib elan edilib. Mükafat olaraq reklam elanları bütün nəqliyyat şəbəkəsi boyunca yerləşdirilir və 500 000 funt sterlinq (692 000 ABŞ dolları) dəyərində reklam yerləri tutur. 





Mənbə: Design Taxi


Powered by Froala Editor