Polis Boğaziçi universitetində LGBTİ+ bayraqları daşıyan tələbələrə hücum edib

Boğaziçi universitetində polis LGBTİ+ləri təmsil edən göy qurşağı bayraqları daşıyan 4 tələbəyə hücum edərək nəzarət altına alıb. Dostlarının tutulmasına etiraz edən tələbələrə də hücum edərək saxlayıb.

Boğaziçi Universitetinin də yerləşdiyi Hisarüstüstü Məhəlləsində 4 tələbə "LGBTİ+ bayrağını daşıdıqları" üçün saxlanılıb.

Bu gün Boğaziçi Universitetinə rektor təyin edilməsinə etiraz olaraq göy qurşağı bayrağı qaldıran tələbəyə qarşı açılan intizam istintaqı da aparılıb.

1 fevralda polisin hücumuna məruz qalan etiraz aksiyaları zamanı göy qurşağı bayrağını açan N.D. barəsində intizam istintaqı "yuxarı çıxıb əlinizdəki LGBTİ+ bayrağını yellədiyiniz" ifadələri ilə başladılıb. N.D bu gün istintaq çərçivəsində ifadə verəcəkdi.

Polis dostlarına dəstək olmaq üçün universitetə girməyə çalışan tələbələrə hücum edib.

Boğaziçi Universitetinin də yerləşdiyi Hisarüstüstü Məhəlləsində 4 nəfər "LGBTİ+ bayrağını daşıdıqları" üçün saxlanılıb.

Boğaziçi TV-nin canlı yayımına görə, polis "Sizin nə olmağınızın əhəmiyyəti yoxdur. Bu bayraq qadağandır” deyib. Lakin LGBTİ+ bayrağının niyə və necə qadağan olunduğuna dair heç bir açıqlama vermədən onları özbaşına saxlayıb.

Tələbələr yoldaşlarının tutulmasına etiraz olaraq universitetin Şimal Kampusunun qarşısına toplaşıblar. Polis tələbələri mühasirəyə alıb. Pandemiyanı səbəb göstərərək tələbələrin bir araya toplanmasının qarşısını almağa çalışıb. Tələbələr "Dostlarımız sərbəst buraxılsın" və "Biz susmuruq, qorxmuruq, itaət etmirik" kimi şüarlar səsləndiriblər.

Polis dostlarına edilən hücuma etiraz edən tələbələrə də hücum edib. Bir itə də təpik atıb. Polis bu hücum zamanı ən azı 5 tələbəni saxlayıb.

Boğaziçi TV bütün gün hadisələri canlı yayımlayarkən hücumdan sonra bağlantı da kəsilib.

Mənbə: KaosGL

Powered by Froala Editor