Homoseksualları hədəfləyən hərəkatın yaradıldığı deyilir
Bakıda homoseksualları hədəfləyən “TəmizQan” hərəkatının yaradıldığı deyilir
28/Mar/21
9604
Bakıda homoseksualları hədəfləyən “TəmizQan” hərəkatının yaradıldığı deyilir
Yeni yaradılmış Teleqram kanallarından birində verilən məlumata görə, Bakıda “qeyri-ənənəvi cinsi oriyentasiyalı” insanları tapmaq və döymək məqsədilə “TəmizQan” adlı gənclər hərəkatı yaranmağa başlayıb.
Noooldu 18+ ünvanlı kanalda yayımlanan 20 mart tarixli xəbər qızğın müzakirələrə səbəb olub. Şərhlərdə bu xəbəri dəstəkləyənlər də tapılıb. Bəzi istifadəçilər “belələrinin yandırılmalı olduğunu”, “onlarla mübarizə aparılmazsa, gələcəyimizin məhv olacağını” bildiriblər.
Kanalın özü isə bu xəbəri “Nəhayət ki, normal hərəkat yarandı” kimi şərh edib.
Qeyd edək ki, Hornet tanışlıq tətbiqində artıq icmadan olanlar bir-birilərini məlumatlandırmağa və ehtiyatlı olmağa çağırır.
Minority Azerbaijan təşkilatı olaraq, bu xəbərdən narahatıq və hüquq-mühafizə orqanlarının sözügedən məsələni ciddi şəkildə araşdırmasını tələb edirik.
Powered by Froala Editor