Fem-Utopia platformasından kuir-inklüziv yeni klip

Fem-Utopia platforması inklüzivliyi və zorakılığa qarşı mübarizəni hədəfləyən animasiyalı klipi təqdim edib.

Aprelin 1-i feminist məzmunlu Fem-Utopia platforması “Süpürgə” adlı mahnıya çəkilmiş animasiyalı klipi izləyicilərə təqdim edəcək. Fərqanə Abdulla və Aytac Fərəc tərəfindən ifa olunan mahnı patriarxatla mübarizəyə və zorakılığa qarşı birləşməyə səsləyir.

Klipin süjet xəttində qadın qətlləri, homofobiya, bullinq, və stereotiplərlə mübarizə kimi mövzulara toxunulub. Animasiya qadınların, kuirlərin və əlilliyi olanların problemlərini və onların etirazını ifadə edir. İnklüzivliyi hədəfə alan görüntülərdə LGBTQ+ və trans bayraqları da yer alır. 

Klipin ideya müəllifi Fərqanə Abdulladır. Animasiya Zaur Rövşənli tərəfindən ərsəyə gəlmişdir. 



Powered by Froala Editor