Demi Lovato panseksual olduğunu deyib
Amerikalı müğənni və aktrisa Demi Lovato panseksual olması barədə danışıb və əvvəllər niyə "qapalı" qalmasına aydınlıq gətirib
31/Mar/21
1804
Demi Lovato panseksual olduğunu deyib
Amerikalı müğənni və aktrisa Demi Lovato panseksual olması barədə danışıb və əvvəllər niyə "qapalı" qalmasına aydınlıq gətirib.
Lovato deyib ki, uşaqlığı mühafizəkar xristian ailəsində keçdiyi üçün seksuallıqdan danışmaq ona çətin olub.
Co Roqanın podkastında çıxış edən müğənni deyib ki, onu “əslində hər şey cəlb edir”.
“İndi mən çox flüidəm və belə olmağımın səbəblərindən biri əvvəllər çox qapalı olmağımdan irəli gəlir”, - Lovato deyib.
“Panseksual” termininin onun duyğuları ilə üst-üstə düşüb-düşmədiyi barədə suala o, belə cavab verib: “Bəli, mən panseksualam”.
“Mən kiminsə LGBTQIA+ icmasını əlifba mafiyası adlandırdığını eşitmişdim”, - o deyib və əlavə edib: “Bax budur! Mən buna can atıram”.
28 yaşlı qadın izah edib ki, onun dini tərbiyəsi öz seksuallığını dərk etmə qabiliyyətinə təsir edib.
O deyib ki, ilk dəfə qadınlara qarşı marağını “Qəddar niyyətlər” filmində Selma Bler və Sara Mişel Gelların məşhur öpüş səhnəsinə baxdıqdan sonra hiss edib.
“Mən düşündüm: “Ou, bu mənim xoşuma gəlir”. Amma çox utanırdım, çünki Texasda xristian kimi böyüdüyün zaman belə şeylər çox qınanılır”.
O əlavə edib: “Gənc yaşlarımda qadınlara olan istənilən marağımı dərk etməyə macal tapmamış, bu hissləri özümdə basdırırdım”.
Lovato daha əvvəl öz seksuallığı barədə danışıb və bildirib ki, Maks Erixlə sentyabrda sona çatan iki aylıq nişanlılıq münasibəti onun əslində nə istədiyi barədə düşünməsinə səbəb olub.
Ayın əvvəlində Glamour-a verdiyi müsahibədə Lovato bildirib ki, bu münasibətlər onun nə qədər kuir olduğunu başa düşməsinə kömək edib.
Lovato deyib: “Mən böyüdükcə əslində nə qədər kuir olduğumu dərk etməyə başladım.”
“Keçən il mən bir kişi ilə nişanlı idim və bu münasibət alınmayanda öz-özümə dedim: “Bu, böyük bir işarədir””.
“Düşünürdüm ki, öz həyatımı kiminləsə keçirəcəyəm. İndi isə bunu etməyəcəyim üçün mən öz həqiqətlərimlə yaşamağımdan rahatlıq hissi keçirirəm”, - deyə o əlavə edib.
Mənbə: Independent UK
Powered by Froala Editor