“Rusiya LGBT-şəbəkəsi”: polis geyləri öldürməyə çağırır
“Rusiya LGBT-şəbəkəsi”: polis çeçen geylərin qohumlarını onları öldürməyə çağırır
05/Apr/21
3731
“Rusiya LGBT-şəbəkəsi”: polis çeçen geylərin qohumlarını onları öldürməyə çağırır
Çeçenistanda polislər İsmayıl İsayev və Saleh Maqamadovun - müxalif teleqram kanalın moderatorları olan iki qardaşın qohumlarına onları qətl etməyi təklif edib. Bu haqda “Dojd” kanalı “Rusiya LGBT-şəbəkəsinin” nümayəndəsinə istinadən yazır.
İsayev və Maqamedovun dostları danışıb ki, qardaşların qohumlarını az qala hər gün polisə çağırırlar və orda onlarla “söhbət aparırlar”, söhbət zamanı onlara gəncləri “namus üstündə” qətl etməyə çağırırlar.
Hazırda qardaşlar Qroznı şəhərindəki istintaq təcridxanasındadır. Onların vəkilləri istintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkindən xahiş etməyə hazırlaşırlar ki, qardaşların işi Rusiyanın digər regionuna yönəldilsin. Onlar həmçinin çeçen təhqiqatçılardan gənclərin təhlükəsizliyini təmin etməyi və onlar haqqında məlumatı heç kəsə, o cümlədən qohumlara verməməyi tələb etmək niyyətindədirlər.
Maqamadov və İsayev qardaşları “Osal nax 95” müxalif teleqram kanalının moderatorlarıdır. 2020-ci ilin aprelində onlar teleqramda təhqiramiz paylaşımlar, şərhlər və digər insanların fotolarını paylaşmaq şübhəsi ilə saxlanılıblar. Bundan sonra saxlanılanlardan biri ictimai şəkildə üzr istəyib. Həmin ilin iyulunda “Rusiya LGBT-şəbəkəsi” hər iki şəxsin Çeçenistandan Nijniy Novqorod şəhərinə getməsinə kömək edib. Fevralın 4-ü gənclər yenidən saxlanılıb və zorla Çeçenistana geri aparılıb.
Fevralın 24-ü Çeçenistan Respublikası Ali Məhkəməsi Saleh Maqamadov və İsmayıl İsayevin həbsini qanuni hesab edib. Gənclər terrorçulara yardımda ittiham olunur. Onlar guya qanunsuz silahlı birləşmənin üzvü olan və 2020-ci ilin oktyabrında qətlə yetirilən Rüstəm Borçişviliyə ərzaq ötürüblər.
“Rusiya LGBT-şəbəkəsində” hesab edirlər ki, gənclərə qarşı cinayət işi saxtalaşdırılmış ola bilər, onların etirafları ilə işgəncə altında alınmış ola bilər. Martın 17-i qardaşların anası Zara Maqamadova RF insan haqları üzrə səlahiyyətli Tatyana Moskalkovaya videomüraciət yazaraq övladlarına kömək etməsini xahiş edib.
Moskalkova Baş prokurorluğa müraciət edərək İsayev və Maqamadovun saxlanılmasının yoxlanılmasını xahiş edib. Martın 23-ü işin materialları Çeçenistan İstintaq Komitəsinə təqdim olunub.
Martın 24-ü “Rusiya LGBT-şəbəkəsi” İsayev və Maqamadovun 20-yə yaxın qohumunun saxlanıldığını xəbər verib. Onları bir neçə saat dindirərək, gənclərin valideynlərinin yerini deməyi tələb ediblər. Bundan sonra Çeçenistan Dövlət Teleradio Şirkəti “Qroznı” instaqramda qardaşların qohumlarının videosunu paylaşıb, videoda onlar hüquq müdafiəçilərinə lənət oxuyublar. Zara Maqamadova hesab edir ki, ailə üzvlərini qorxudaraq, bu videonu yazmağa məcbur ediblər. Baş verənlərlə əlaqədar “Rusiya LGBT-şəbəkəsi” İstintaq Komitəsinə şikayət etməyi qərara alıb.
Mənbə: Daily Afisha
Powered by Froala Editor