Polşanın LGBT-dən azad şəhərinin bələdiyyə başçısı nəticələrlə qarşılaşıb: ‘Biz Avropanın gülüş obyektinə çevrildik’

İctimai homofobiya elanı səbəbilə maliyyə çöküşü ilə qarşı-qarşıya olan Polşanın "LGBT-dən azad" şəhərlərindən birinin bələdiyyə başçısı olduğun zaman həyat daha sürətlə keçir. 

Polşanın şərqində yerləşən kiçik Krasnik icması 2019-cu ilin mayında LGBTİ+ hüquqlarına qarşı bəyannamə imzalayan ilk əyalətlər arasında olub. 

O zamanlar siyasi göstəriyə çox az adam diqqət ayırıb və bələdiyyə başçısı Wojciech Wilk "simvolik və hüquqi olaraq mənasız jest" kimi görünən nəsnədə bir zərər görməyib.

Onun üçün bu, əyalət və dini cəhətdən mühafizəkarlar üçün havayı rüşvət kimi görünürdü, amma çox keçmədən bunun, həqiqətən, çox baha başa gələcəyini anlayacaqdı. 

O, New York Times-a verdiyi açıqlamada bəyannamənin "qəsəbəmizi homofobiyaya bərabər tutulan hala gətirdiyini" söyləyib. 

“Avropanın gülüş obyektinə çevrildik və ən çox zərər çəkənlər yerli siyasətçilər deyil, vətəndaşlardır.”

Qəsəbənin qərəzə olan bağlılığı xarici maliyyənin milyonlarla dollarını təhlükəyə atarkən, indi bələdiyyə başçısı zərəri kontrola almaq üçün çalışdığını söyləyib. 

Əvvəllər Krasnik mənfəətli tvinninq proqramı çərçivəsində minlərlə AB maliyyəsi alıb, lakin bu, bir Fransa şəhərinin etiraz məqsədilə münasibəti kəsdiyi zaman sürətlə quruyub. 

Daha sonra bələdiyyə başçısı inkişaf layihələri üçün təxminən 38,184500 zł (10 milyon ABŞ dolları) həcmində maliyyə ilə vidalaşmalı olub. O, bu maliyyənin hər hansı bir "LGBT-dən azad" şəhərə qrant verməyi rədd edənə qədər Norveçdən gələcəyini umub. 

Bələdiyyə başçısı şəhərin "LGBT-dən azad" statusu ləğv edilmədikcə, elektrik avtobusları və gənclər üçün proqramların maliyyələşdirilməsi üçün xarici fondlardan qrant almaq şanslarının çox az olmasından narahat olub. 

Mənbə: PinkNews

Powered by Froala Editor