Rəngli şəhərin boz sakinləri
3 Fevral 2019-u ildə Landmark Bakı Otelində keçiriləcək "Rəngli şəhərin boz sakinləri" filminin təqdimatı.
28/Jan/19
3545
Şəhərin bozluğunda itən, sevgini və azadlığı əks etdirən rəngləri görməzdən gələ bilməyənlər var. Kimliyin verdiyi məhdudiyyətlər, sərhədlər və divarlar bu rəngləri soldurub, bozlaşdırıb. Rəngli şəhərin boz sakinləri bu bozluqda ərimək istəmirlər əslində. Onlar mübarizə aparırlar. Təhülkədə olan cinsi kimliyə görə qarşılaşdıqları ayrıseçkilik hekayəsini bölüşmək cəsarəti bu sərhədləri aşır və oxşar hekayəsi olan LGBTQİ fərdlərinə güc verir.
Tarix: 3 Fevral, 2019-cu il. Giriş sərbəstdir.
Müəlliflər: Aslı İsmayılzadə, Aynur Abutalıbova, Nurlana İbrahimova, İsmayıl Əzimov
Çəkilmə yeri və ili: Bakı, 2018
Foto: Elbəy Mustafabəyli