Valentino çantasının reklamı qalmaqal yaradıb 

Çılpaq fotoqrafın çəkildiyi kadr brendin pərəstişkarlarını hiddətləndirdi. Onlar şirkətin gender sərhədlərini yox etməsi haqda ideyasını dəyərləndirmədilər.

Bu yaxınlarda Valentino brendinin İnstaqram səhifəsində yeni Roman Stud çantasına həsr olunmuş reklam fotosu peyda oldu. Fotoqraf Maykl Beyli-Qeytsin çılpaq avtoportret fotosu şərhlərdə əsl fırtınaya səbəb oldu. 


Markanın bir çox pərəstişkarları şirkətin gender sərhədlərini yox etmək haqqında mesajını dəyərləndirilib. Lakin folloverlərin bir hissəsi reklamın ideyasından hiddətlənərək onu “mənasız” və “qadınlara hörmətsizlik ifadə edən” adlandırıblar.

“Bunun yaradıcılıq azadlığı ilə əlaqəsi yoxdur!”, “Mən belə çanta istəyirdim. Daha istəmirəm!”, “Bu kişidir, yoxsa qadın? Biz özümüz tapmalıyıq?”- tənqidi mövqeli şərhçilər qeyd edib. 

Bu qızğın mübahisələrə Valentino markasının kreativ direktoru Pierpaolo Piççoli də cavab verib.

“Biz bu fotoşəkli yerləşdirəndən sonra bir çox insanlar ona aqressiv və nifrətli reaksiya verib. Mənim işim ondan ibarətdir ki, öz gözəllik təsəvvürlərimi yaşadığımız dövrə müvafiq olaraq çatdırım...

Bütün özünüdərk hərəkatları bir ideyanı rəhbər tutur: təkamül o vaxt mümkündür ki, bərabərlik, inklüzivlik mümkün olsun, insan haqları və ifadə azadlığı qorunsun. Nifrət – ifadə deyil, nifrət – qorxuya reaksiyadır, qorxu isə asanlıqla zorakılığa keçə bilər. Biz zorakılıq, nifrət, ayrı-seçkilik və irqçiliyin bütün formalarına qarşı gəlməliyik və mən qürur duyuram ki, öz səsimi və öz işimi hər daim bunun üçün istifadə edə bilərəm. Bu, gənc və gözəl bir insanın avtoportretidir, pislik isə baxanın gözlərindədir, insanın çılpaq bədənində deyil,” – dizayner bildirib.

Maykl özü də vəziyyətə münasibət bildirib.

“Mən bu fotoşəklə gələn dəstəyi və onun yaratdığı müzakirələri dəyərli hesab edirəm. Əgər eyni diqqət ABŞ-da transgender gənclər haqqında təklif edilən və qəbul edilən dəhşətli qanun layihələrinə də yönəldilsə idi, minnətdar olardım”, - fotoqraf sosial şəbəkə hesabında yazıb. 


Beyli-Qeyts öz yaradıcılığında transgenderlik mövzusuna tez-tez müraciət edir və daha əvvəl də oxşar üslubda avtoportretlər dərc edib. 




Mənbə: Novosti-N

Powered by Froala Editor