HİV-lə qlobal mübarizə üçün 3 mln $ toplanıb
Elton Conun keçirdiyi parti HİV-lə qlobal mübarizə üçün 3 mln $ toplayıb
03/May/21
3226
Elton Conun keçirdiyi parti HİV-lə qlobal mübarizə üçün
3 mln $ toplayıb
Elton Conun QİÇÇ-lə mübarizə fondunun 29-cu “Oskar partisi” bu il virtual olsa da, HİV-pozitiv insanlara yardım üçün pul toplaya bilib.
Bu il Elton Conun QİÇS-lə mübarizə fondunun (Elton John AIDS Foundation) 1993-cü ildən etibarən Amerika Kinoakademiyasının mükafatlandırma mərasimindən dərhal sonra keçirdiyi şənlik QİÇS-lə mübarizə üçün 3 milyon dollar toplayıb, bu haqda ABC News məlumat verir. Tədbirdə Dua Lipa çıxış edib və Levitating, Don’t Start No, Pretty Please və Hallucinate mahnılarını ifa edib, eləcə də Elton Conla birlikdə Love Again mahnısını duet oxuyub.
Digər iştirakçılar arasında aktyor Nil Patrik Harris, müğənni Ledi Qaqa, Sintiya Erivo və Conun son zamanlar ən sevdiyi seriallardan olan “Bu günahdır” serialının aktyorları da var idi.
“Biz bu günə qədər heç bir ili buraxmamışdıq və bu il də Fondun xeyrinə olan Oskar şənliyini ləğv etməyi düşünmürdük, hətta hər şeyin yalnız onlayn formatda ola biləcəyini anlasaq da.” — Elton Con şənlikdən əvvəl deyib.
Bu il toplanan vəsait bütün dünyada həssas qruplardan olan gənclərə, eləcə də HİV-lə yaşayan digər insanlara dəstək üçün xərclənəcək. Hər gün dünyada gənclər arasında 1600 yeni yoluxma halı qeydə alınır.
Mənbə: Parni Plus
Powered by Froala Editor