LGBTİ+lərin vətəndaş hüquqları haqqında qanunu dəstəklənib
Tesla, Amazon, Facebook LGBTİ+lərin vətəndaş hüquqları haqqında qanunu dəstəkləyib
03/May/21
1860
Tesla, Amazon, Facebook LGBTİ+lərin vətəndaş hüquqları haqqında qanunu dəstəkləyib
400-dən çox şirkət (eləcə də Apple, Pfizer, PepsiCo, Starbucks) ABŞ Konqresinin Senatından keçməli olan diskriminasiya əleyhinə qanun layihəsini dəstəkləyir.
Vaşinqtonda yerləşən və LGBTİ-lərin maraqlarını qoruyan qrup — Human Rights Campaign təşkilatı bəyan edib ki, Bərabərlik haqqında qanunun lehinə yaratdıqları Biznes koalisiyasının üzvlərinin sayı 416-ya çatıb, Fortune 500 siyahısından onlarla şirkət də bura daxildir. Siyahıda Apple, PepsiCo, General Motors, CVS, Facebook, Marriott, Capital One, Starbucks, Delta Air Lines və Home Depot kimi tanınmış adlar var. Bu haqda ABC News xəbər verir.
“Vətəndaş hüquqlarının müdafiəsini bütün ölkə boyunca dəqiq, ardıcıl və hərtərəfli şəkildə LGBTQ-lərə şamil etməyin zamanı gəldi”, — IBM korporasiyasının müxtəliflik, inklüziya və inteqrasiya məsələləri üzrə əsas əməkdaşı Karla Qrant Pikens Human Rights Campaign tərəfindən yayılmış bəyanatda bildirib.
Bərabərlik haqqında akt vətəndaş hüquqları haqqında mövcud qanunvericiliyə düzəlişlər edəcək ki, seksual oriyentasiya və gender kimliyi müdafiə olunan xarakteristikalara birbaşa daxil edilsin. Bu müdafiə əmək hüquqları, yaşayış hüququ, kredit müraciətləri, təhsil və digər sahələr də daxil olmaqla, bütün aspektlərə şamil ediləcək.
224-206 nömrəli qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən 2021-ci ilin fevralında qəbul edilib və onu bütün demokratlar dəstəkləyib; respublikaçı konqresmenlərdən yalnız üç nəfər “lehinə” səs verib. Az qala tən yarıya bölünmüş Senatda Bərabərlik aktının taleyi hələ aydın deyil.
Qanun layihəsinin əleyhdarları arasında ABŞ-ın Katolik Yepiskoplar Konfransı var. Onlar bildirib ki, qanun qəbul edilərsə, kilsə zalları və məkanları onların inanclarına zidd olan tədbirləri keçirməkdən imtinaya məcbur qala bilər.
İnsan Haqları Uğrunda Kampaniyanın məlumatına görə, Nümayəndələr Palatasının qanun layihəsinə ilk dəfə baxdığı 2019-cu ildən bəri qanunvericiliyin korporativ şəkildə məqbul sayılması iki dəfədən də çox artıb.
“Biz biznes liderləri tərəfindən artan dəstəyi görürük, çünki onlar başa düşür ki, Bərabərlik haqqında qanun onların əməkdaşlarına faydalı, biznesləri üçün xeyirli və ümumilikdə ölkə üçün kritik şəkildə vacibdir”, — İnsan Haqları Uğrunda Kampaniyanın prezidenti Alfonso Davidin bəyanatında deyilir.
Mənbə: Parni Plus
Powered by Froala Editor