Bakıda növbəti homofob hücum
Bakıda homoseksual fərdə qarşı hücum baş verib. Bu haqda Minority Azerbaijan-a zərərçəkən şəxsin özü məlumat verib.
01/Jun/21
4142
Bakıda növbəti homofob hücum
Bakıda homoseksual fərdə qarşı hücum baş verib. Bu haqda Minority Azerbaijan-a zərərçəkən şəxsin özü məlumat verib.
Onun sözlərinə görə, hadisə 31 may axşam saatlarında paytaxtın Yasamal rayonu ərazisində yaşanıb. Zərərçəkən şəxs naməlum iki nəfər tərəfindən əvvəlcə şifahi qısnamaya məruz qalıb. Həmin şəxslər zərərçəkənin sırğasına və görkəminə söz atdıqdan sonra arxadan onun köynəyindən tutub dartaraq, fiziki hücuma keçiblər. Zərərçəkən şəxs qeyd edir ki, zorakılardan biri şərabaçanla onun qoluna zərbə endirib. Nəticədə onun qolu sıyrılıb, o, müvazinətini itirərək yerə yıxılıb. Bundan sonra naməlum şəxslər qaçaraq hadisə yerini tərk ediblər.
Zərərçəkənin Minority Azerbaijan-a bildirdiyinə görə, hücum edənlər maskada olduğu üçün onların üzünü görə bilməyib. Hazırda o, keçirtdiyi psixoloji sarsıntıdan sonra özünü gəlməyə çalışır və qısa zamanda hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür.
Qeyd edək ki, ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.
Powered by Froala Editor