BMT: LGBTİ+lər sərbəst buraxılmalıdır
BMT mütəxəssisləri həbs olunan 21 qanalı LGBTİ+in 'dərhal' sərbəst buraxılmasını tələb ediblər
06/Jun/21
2323
BMT mütəxəssisləri həbs olunan 21 qanalı LGBTİ+in 'dərhal' sərbəst buraxılmasını tələb ediblər
Qanadakı məhkəmə Birləşmiş Millətlər Təşkilatının mütəxəssislərinin "özbaşına" həbs adlandırdıqları həbsdə saxlanılan 21 LGBTİ+ aktivistinə istiqamətli girov tətbiqi ilə əlaqədar həyati qərarı təxirə salıb.
Beynəlxalq tənqidlərə səbəb olan yüksək səviyyəli basqında kuir qanalılar keçən ay Qananın cənub-şərqindəki Ho şəhərində LGBTİ+ hüquqları təlim sessiyasına qatıldıqları üçün səlahiyyətlilər tərəfindən tutulub.
16-sı qadın və beşi kişi olmaqla, aktivistlər “qanunsuz toplaşdıqları” üçün həbs olunub.
Reuters xəbər verir ki, 4 iyun cümə günü Ho bölgə məhkəməsi hakimi müttəhimlərin girov tətbiqetmə qərarını 8 iyuna qədər təxirə salıb, yəni qrupun ən azı dörd gün daha həbsdə qalması lazım olduğunu söyləyib.
Müdafiə tərəfinin vəkili Julia Selman Ayetey: “İnsanların sadəcə həbs olunmaq üçün hüquq mövzulu bir təlimə qatılmaqlarına və həmin öyrəndikləri insan hüquqlarının tapdalanmasına icazə verə bilmərik,” - deyib.
BMT insan hüquqları mütəxəssislərindən ibarət panel həbsləri qəti şəkildə qınayarkən, şübhəli ittihamlar insan hüquqları qrupları arasında məyusluq və qəzəb yaradıb.
Mütəxəssislər BMT İnsan Hüquqları Yüksək Kommissarlığından verdikləri media açıqlamasında: "İnsan hüquqları müdafiəçilərinin həbs olunmasından dərin narahatlıq bildiririk", - deyə qeyd ediblər.
Əlimizə gəlib-çatmış bütün sübutlar onların ifadə azadlığı, sərbəst toplaşma və təşkilatlanma hüquqlarını dinc şəkildə istifadə edərkən saxlanıldıqlarına işarə edir.”
İnsan hüquqları müdafiəçiləri həssas qrupları zorakılıq və diskriminasiyaya qarşı qorumaqda və onları insan hüquqlarını tələb etmələri üçün gücləndirməkdə açar rolunu oynayırlar.”
“Qana LGBTİ+ insanlarının fundamental hüquqlarını qoruduğu üçün heç kimin təqsirkar sayılmamasını təmin etməlidir.”
Powered by Froala Editor