Polisin 'cadugər ovu'ndan sonra onlarla uqandalı şəxs girovla sərbəst buraxılıb

Fəallar 4 iyun cümə günü etdikləri açıqlamada Uqandada kuir sığınacağı hədəf alan polis basqınından sonra saxlanılmış 39 LGBTİ+nin girovla sərbəst buraxıldığını söyləyib. 

Uqanda Seksual Azlıqlar Təşkilatının direktoru Frank Mugisha Kampalada Nansana Birinci İnstansiya Məhkəməsinin saxlanılmış 44 uqandalı kuirdən 39-unu girovla sərbəst buraxdığını söyləyib.

Twitter-də üç nəfərin 2 iyun çərşənbə günü girovla sərbəst buraxıldığını ve ikisinin isə daha əvvəldən buraxıldığını əlavə edib.

Bu, aktivistlər üçün həm rahatlıq, həm də qəzəb gətirən bir xəbər olub.

Aktivistlərin şübhəli ittihamlarla haqsız yerə saxlanıldıqlarını gördükləri insanların sonda girovla sərbəst buraxıldığına dair rahatlama. Lakin ardıyca gələn hekayələr üçün qəzəb - 17 saxlanılan şəxs səlahiyyətlilərin onları invaziv anal müayinə etdiklərini iddia edib. 

Mugisha Sunday Vision-a verdiyi açıqlamada dediyi kimi, polisin "bizə bu cür bir müayinə etməyəcəklərinə dair əminlik verməsinə" baxmayaraq olub. 

İnsan hüquqları qrupu olan Human Rights Watch bu cür müayinələrin “fiziki bütünlük və işgəncə və ya qeyri-insanı davranışla qarşılaşmama haqqını pozduqları” üçün “insan hüquqları pozuntusu” olaraq dəyərləndirdiyini söyləyir.

Məhkəmə prosesi 8 iyul tarixində keçiriləcək.



Powered by Froala Editor