Kekalove Adaptive brendi inklüzivliyi dəstəkləyir
Kekalove Adaptive - sosial biznesdir və 2019-cu ildən fəaliyyət göstərir
09/Jun/21
2930
Kekalove Adaptive brendi inklüzivliyi dəstəkləyir
Kekalove Adaptive - sosial biznesdir və 2019-cu ildən fəaliyyət göstərir. Onun məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin beynəlxalq qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur.
Brend bu il Qürur Ayı münasibətilə öz loqosunu göy qurşağı rənginə boyayıb. Brendin yaradıcısı Məhəmməd Kekalov Minority Azerbaijan-a bunları deyib: “Brendimizin əsas məqsədi inklüzivliyi təşviq etməkdir. Əlilliyi olan şəxslərin arasında da LGBTQ+lar möcvuddur və biz heç bir fərq qoymadan hər bir əlilliyi olan şəxsin cəmiyyətdə, mediada və geyim sənayesində təmsilçiliyini təşviq edirik. Əlilliyi olan LGBTQ+ şəxsləri də istisna etmirik. Yerli brend kimi Qürur ayına qoşularaq digər brendlər və təşkilatlar üçün presedent yaratmağa çalışırıq və atdığımız addımların müsbət nəticələrə gətirəcəyinə inanırıq.”
Qeyd edək ki, iyunun 12-si Kekalove Adaptive brendi onlayn fashion show keçirəcəkdir. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Şounun ardınca əlilliyi olan şəxslərin əsas problemlərini işıqlandırmaq və vacib məsələlər barəsində dialoqu gücləndirmək məqsədilə bir neçə panel müzakirələri keçiriləcək.
Powered by Froala Editor