Trans qadınlar polis tərəfindən evdən qovulub
Bu gün 9 iyunda Bakının “Dostluq” kinoteatrı ərazisində yaşayan 3 nəfər trans qadın 20-ci polis bölməsinin əməkdaşları tərəfindən zorla yaşadıqları evdən qovulub
09/Jun/21
3634
Trans qadınlar polis tərəfindən evdən qovulub
Bu gün 9 iyunda Bakının “Dostluq” kinoteatrı ərazisində yaşayan 3 nəfər trans qadın 20-ci polis bölməsinin əməkdaşları tərəfindən zorla yaşadıqları evdən qovulub.
Bu haqda zərərçəkənlərdən biri Minority Azerbaijan-a məlumat verib.
Onun sözlərinə görə, yaşadıqları evin sahibi və ya qonşularla hər hansı problemləri olmayıb. Lakin bu gün polis onların evinə gələrək, dərhal evdən çıxmaqlarını tələb edib və onları qovmaq üçün zor tətbiq edib. Zərərçəkənlərin bütün əşyaları və pulları həmin evdə qalıb.
Məsələ ilə əlaqədar zərərçəkənlər Ombudsman aparatına şikayətə getsələr də, ombudsman onları qəbul etməyib. Hazırda vəkil onların hüquqlarının müdafiəsi üçün müvafiq addımlar atır. Lakin zərərçəkənlərin qalacaq yerləri yoxdur.
Qeyd edək ki, ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, son 7 ildə LGBTQ+ hüquqları üzrə 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşıb.
Powered by Froala Editor