İstanbul Pride: Hormonlu pomidorlar sahiblərini tapıb

29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi bu axşam 20 iyunda təşkil olunan Hormonlu Pomidor Mükafatlandırma Mərasimi ilə başlayıb. 

2005-ci ildən bəri keçirilən mükafatlandırma mərasimində bu il 17 kateqoriya üzrə səs verilib. Ümumilikdə 9308 səsin istifadə olunduğu sorğu nəticəsində ilin LGBTİ+ fobiklərinə pomidorlar hədiyyə edilib. 

Qürur Həftəsi Komitəsi mərasimin açılışında öz nitqinə: “Bu demokratiya mərasiminə qatılan bütün lubunyaları (red. kuirləri) bir-bir qucaqlayırıq!” - deyə başlayıb. 

Hormonlu pomidorları alanların sırası belədir:

1-ci kateqoriya - Markalar: LC WAIKIKI

LC WAIKIKI "dizaynlara göy qurşağı əlavə etməyəcəyik" deyərək LGBTİ+ ləri hədəf alıb.

2-ci kateqoriya - Məkanlar: Keyf-i Kunefe

Məkanlar kateqoriyasının qalibi qapısında "LGBT-yə bağlıyıq" yazan Keyf-i Künefe seçilib.

3-cü kateqoriya - Sənət: Özdemir Erdoğan

Sənət kateqoriyasının qalibi Zeki Müren vasitəsi ilə LGBTİ+ fobiyası yayan Özdemir Erdoğan olub.

4-cü kateqoriya - Mizoginiya: Derya Yanık

Ailə və Sosial Siyasətlər Naziri Derya Yanık mizoginiya kateqoriyasını qazanıb.

5-ci kateqoriya - Boğaziçi Xüsusi: Süleyman Soylu

Boğaziçi Xüsusi kateqoriyasında Boğaziçi müqavimətinə görə LGBTİ+ ləri sapqın elan edən Süleyman Soyluya daha bir pomidor verilib.

6-cı kateqoriya  - Təhsil: Boğaziçi Universiteti Rektorluğu

Təhsil kateqoriyasında BÜLGBTİ+ni bağlayan Boğaziçi Universiteti Qəyyum Rektorluğu tələbə şəhərciklərinə polis toplayıb, tələbələrə hücum edib və qapıları qıfıllayıb. 

7-ci kateqoriya - İstanbul Konvensiyası Xüsusi: Cumhur İttifakı

İstanbul Konvensiyasına ailəni və qadınları gücləndirmədiyi və "seksual sapqınlıqları legitimləşdirdiyi" kimi ifadələrlə hücum edən Cumhur İttifakı İstanbul Konvensiyası Xüsusi kateqoriyasını qazanıb.

8-ci kateqoriya - Eyidisli Pomidoru: Twitter üzərindən davamlı HİV-fobiya yayan TERF-lər

9-cu kateqoriya - Qurumlar: İstanbul Polis Şöbəsi

10-cu kateqoriya - Media: Seren Serengil

11-ci kateqoriya - Sağlamlıq: Taksim Təhsil Araşdırma Həkimi Erol Kuroğlu

12-ci kateqoriya - Siyasət: Süleyman Soylu

13-cü kateqoriya - Sosial Media Selikləri - Yasemin Varlık

14-cü kateqoriya - Beynəlxalq: Misir

15-ci kateqoriya - İdman: Melih Şendil

16-cı kateqoriya - Transfobiya: TRT 2

17-ci kateqoriya  - All Star: Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti




Powered by Froala Editor