Qürur həftəsi tədbiri polis təhdidi ilə əngəllənib
İstanbul Adalar Polis İdarəsi Heybeliadada keçirilməsi planlaşıdırılan İstanbul LGBTİ+ Qürur Həftəsi tədbirlərinin qarşısını alıb
22/Jun/21
2714
Qürur həftəsi tədbiri polis təhdidi ilə əngəllənib
İstanbul Adalar Polis İdarəsi Heybeliadada keçirilməsi planlaşıdırılan İstanbul LGBTİ+ Qürur Həftəsi tədbirlərinin qarşısını alıb.
KaosGL-in verdiyi xəbər görə, bu gün Qürur Həftəsi tədbirləri çərçivəsində veqan piknik təşkil edilməsi planlaşdırılıb. Məkan ilə görüşən Polis İdarəsi məkan sahibini təhdid edərək tədbiri təxirə salıb.
Bu qərardan sonra 29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi Komitəsi yerli vaxtla saat 16:00-da Heybeliadada keçirilməsi planlaşdırılan piknik və digər tədbirləri Maçka parkına keçirib.
Açıqlamalarında "Bütün kuirləri və LGBTİ+ hüquq müdafiəçilərini piknikə gözləyirik," - deyə çağırış ediblər.
Qeyd edək ki, 29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi bu il "küçə" mövzusu ilə 20-27 iyun tarixlərində onlayn və fiziki olaraq reallaşır.
Tədbir təqvimi üçün linki buradan əldə edə bilərsiz.
Powered by Froala Editor