İstanbul LGBTİ+ Qürur Həftəsi: Piknik qadağan oluna bilmədi

Dünən Heybeliadada keçirilməsi planlaşdırılan və Adalar Polis İdarəsi tərəfindən qadağan olunduqdan sonra Şişlidə Maçka parkına köçürülən 29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi pikniki Şişlidə də qadağan olunub.  

Şişli rayon valisi "milli təhlükəsizlik, ictimai asayiş, cinayətlərin qarşısının alınması" bəhanəsi ilə Qürur Həftəsi çərçivəsində təşkil ediləcək bütün tədbirləri 30 gün müddətində qadağan edib. 

Saat 15:30 radələrində qapıları polislər tərəfindən bağlanan və ziyarətçilərinin çantalarına göy qurşağılı əşyalar axtarılan Maçka parkında LGBTİ+lər bir araya gəlib. 

Saat 16:30-da polis 29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi Komitəsi ilə aparılan danışıqlarda tədbirin qadağan olunduğunu, toplaşılan yerdə göy qurşağı bayraqları sahibləri tərəfindən yığışdırılmazsa, müsadirə olunacağını və yalnız parkdan çıxdıqda qaytarılacağını söyləyib. 


Bayraqlar yığışdırıldıqdan sonra saat 17:00-da polis bu dəfə sosial məsafə tədbirlərini sadəcə Qürur Həftəsi piknik iştirakçıları üçün tətbiq edərək daha geniş əraziyə yayılmaları barədə xəbərdarlıq edib. 

17:30-da piknik iştirakçılarından birinin şəkil çəkdirmək üçün göy qurşağı bayrağını açdığını görən polis piknik ərazisini yenidən narahat edib. Saat 19:00-da bitirilməsi planlanan piknikin 18:00-da bitirilməsini, əks halda toplananların dağıdılacağını söyləyib. 

18:30-dan etibarən polisin daha əvvəl xəbərdarlıq etdiyi sosial məsafə tədbirlərinə uyğun şəkildə geniş sahəyə yayılan piknik ərazisinə polis girərək LGBTİ+lərin bütün ərazisi boşaltmasını istəyib. Piknik iştirakçılarının parkın tamamilə boşaldılmayacağı müddətdə çıxmayacaqlarını dedikdən sonra polis kütləyə hücum edib.  



Hücum zamanı parkda oturmağa davam edən ziyarətçilərin sadəcə bir qisminin polisin LGBTİ+ləri mühasirəyə alınmasından sonra piknik iştirakçıları parkı boşaltmaq üçün qapılara tərəf aparılıb. 

Polis hücumu nəticəsində Boğaziçi Universiteti LGBTİ+ tədqiqatlar Klubunun fəalının qolu sınıb və döyülərək hücuma məraz qalan başqa bir aktivist saxlanılıb. Saxlanılan aktivist saat 23:30 radələrində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Powered by Froala Editor