"Gey propaqandalı" Rusiyada Qürür bayrağı dalğalandırılıb
Britaniya, Kanada və ABŞ səfirlikləri "gey propaqandanın" qanunsuz olduğu Rusiyada Qürür bayrağı dalğalandırıb
28/Jun/21
3127
Britaniya, Kanada və ABŞ səfirlikləri "gey propaqandanın" qanunsuz olduğu Rusiyada Qürür bayrağı dalğalandırıb
Birləşmiş Krallıq, Kanada və ABŞ səfirlikləri ölkənin "gey propaqandası" qanununa meydan oxuyaraq Rusiyada Qürur bayrağını dalğalandırıb.
Göy qurşağı bayrağının ilk dəfə 1978-ci ildə San Fransiskoda Qürur Yürüşündə LGBTİ+ Qürur simvolu olaraq istifadəsinin 43-i ilində 25 iyun cümə günü Kanada, Britaniya və ABŞ səfirlikləri Rusiyada bayrağı dalğalandırıb.
Rusiyanın "gey propaqandası qanunu" 2013-cü ildə Vladimir Putin tərəfindən, üçüncü prezidentlik dönəminin başlamasından sonra imzalanaraq "ənənəvi olmayan seksual münasibətlərin" hər cürə "təbliğini" qadağan edib.
Lakin ölkələrin səfirlərinin hər biri İslandiya, Yeni Zelandiya və Avstraliya səfirləri ilə birlikdə "LGBTİ+ icmasının üzvləri də daxil olmaqla, hər fərdin sahib olduğu insan hüquqlarını təsdiq edən" açıq məktub imzalayıb.
Məktub belə davam edib: "Təəssüflər olsun ki, dünyanın hər yerində LGBTİ+ fərdlər sırf kimliklərindən dolayı zorakılıq, təcavüz və ayrı-seçkiliyə məruz qalmağa davam edir və hüquq-mühafizə orqanları bir çox ölkədə hələ də yayğın olan nifrət nitqi və nifrət cinayətlərinə əksər vaxtlarda göz yumur."
"Bu iyun biz LGBTİ+ fəallarının və müttəfiqlərinin uğurlarını alqışlayaraq Qürur Ayını qeyd edirik... İnsan hüquqları universaldır və LGBTİ+ fərdlər də daxil olmaqla, hər kəsin bu hüquqlardan tam istifadə etməyə haqqı var."
Keçən il Qürur ayında Rusiyanın Xarici İşlər Nazirliyi göy qurşağı LGBTİ+ bayrağını dalğalandırdıqları üçün Britaniya, ABŞ və Kanada səfirliklərinə rəsmi şikayət edib.
Powered by Froala Editor