'Qərb məktəbləri' uşaqlara İsanın biseksual olduğunu öyrədir
Rusiyalı nazir 'qərb məktəblərinin' uşaqlara İsanın biseksual olduğunu öyrətdiyini iddia edib
30/Jun/21
1889
Rusiyalı nazir 'qərb məktəblərinin' uşaqlara İsanın biseksual olduğunu öyrətdiyini iddia edib=
Rusiyanın Xarici İşlər Naziri bəzi qərb ölkələrində məktəblərin uşaqlara İsanın biseksual olduğu öyrətdiyinə dair gözlənilməz bir iddia ortaya qoyub.
71 yaşlı nazir Sergey Lavrov Rus Kommersant qazetində 28 iyun yayımlanan “Qanun, Hüquqlar və Qaydalar” başlıqlı bir məqalədə mümkünsüz olan tablo çəkib.
İçində İsanın seksuallığından başlayaraq insan təbiətinə təcavüz etdiyinə inandığı sərhədsiz sərbəstliyə icazə verən liberal demokratiyaların geniş tənqidini qeyd edib.
O: "Ağıllı siyasətçilərin gənc nəsli aqressiv LGBT propaqandasından qorumaq cəhdləri aydınlanmış Avropadan gələn döyüşkən etirazlarla qarşılanır," - deyib.
“Planetin əsas sivilizasiyalarının genetik kodu olan bütün dünya dinləri hücum altındadır. Bəzi Qərb ölkələrində uşaqlar məktəb proqramının bir hissəsi olaraq İsa Məsihin biseksual olduğuna inandırılır.”
Lavrov şişirdilmiş iddiasını dəkstəkləyəcək nümunələr təqdim etməyib və hansı ölkələrdən bəhs etdiyini bildirməyib.
Powered by Froala Editor