Heteronormativlik nədir? I hissə
Heteronormativlik, heteroseksuallığın normal (ki, elədir) və ya təbii seksual oriyentasiya olduğunu ifadə edən və gender ikiliyi, seksuallıq və gender rolları ilə bunu dəstəkləyən bir ideologiyadır
06/Jul/21
3558
Heteronormativlik nədir? I hissə
Heteronormativlik, heteroseksuallığın normal (ki, elədir) və ya təbii seksual oriyentasiya olduğunu ifadə edən və gender ikiliyi, seksuallıq və gender rolları ilə bunu dəstəkləyən bir ideologiyadır. Heteronormativlik həm heteroseksuallığın tək seksual oriyentasiya olduğu fikrini (cisgender qadının cisgender kişi ilə münasibəti), həm də gender ikiliyi ideyasını (sadəcə sərt təyin olunan qadın və kişi binarlığı) ehtiva edir. Heteronormativlik bizi cins (təyin edilən gender) və gender haqqında necə düşündüyümüzü məhdudlaşdıran tələbkar gender rolları ilə sərhədləyir.
Heteronormativliyin nə olduğunu bilmək istəyirsiniz?
Heteronormativlik məhdudlaşdırıcıdır. Heteronormativlik təhlükəlidir. Heteronormativlik bir zəhərdir.
Heteronormativ bir cəmiyyətdə "normal" və ya "təbii" olaraq qəbul edilənin əksini identifikasiya edən insanlar seksual oriyentasiyalarını və ya gender kimliklərini izah və ya elan etmək məcburiyyətində qalırlar. Bu konsepsiya təkcə geridəqalmış olmaqla və iyerarxik imtiyaz yaratmaqla kifayətlənmir, eyni zamanda zərərli və istilaçıdır.
İnsanlar seçdikləri partnyorla niyə birlikdə olduqlarını və ya niyə özlərini müəyyən bir genderlə identifikasiya etdiklərini izah etmək məcburiyyətində qalmamalıdır və digər tərəfdən, özlərini təhlükəsizlikdə saxlamaq üçün seksual oriyentasiyalarını və ya gender kimliklərini gizləmək məcburiyyətində də qalmamalıdırlar.
Heteronormativlik adətən homofobiya ilə qarışdırılır, çünki hetero- termininin meydana çıxışı, mövzunun sadəcə seksuallığa fokuslandığını nəzərdə tuturdu, əslində isə gender kimliyi və seksuallığı çevrələyən hər şeyi əhatə edir. Amma "homofobiya heteronormativliyin daha açıq sözlü, səs-küylü və bəzən aqressiv qohumudur". Homofobiya, gey, lezbiyan və ya biseksuallara (biseksuallara qarşı qorxu və nifrəti ehtiva edən ifadə bifobiya olsa da, eyni təyin edilmiş genderdən olan partnyorla münasibətdə olduqları zaman biseksuallar daha çox homofobiyaya məruz qalır) qarşı qorxu və ya nifrətdir. Homofobik davranışlar seksual oriyentasiyası heteroseksual olmayan insanlar üçün zorakı və təhlükəlidir. (həm də heteroseksual olmadığı düşünülən insanlar üçün - red.)
Heteronormativlik homofobiya, transfobiya və digər cahil yanaşmaları bəsləyir. Heteronormativlik siyasət yaratma, sosial normalar, gender rolları və istehlak etdiyimiz media da daxil olmaqla, gündəlik həyatın bütün aspektlərinə təsir edir. Heteronormativlik heteronormativ gözləntilərlə uyğunlaşmayanlar üçün stiqmalayıcı və əzici nəzarət mədəniyyəti formalaşdırır.
Heteronormativ bir cəmiyyətdə kuir və translar yalnızca mövcud olduqları üçün cəzalandırılır, hələ də bir çox ölkədə kuir və trans olmaq ölüm cəzasına layiq hesab olunur (yaşadığımız ölkədə də cəmiyyətdə böyük bir çoxluq bənzər mövqe nümayiş etdirir). Belə cəmiyyətlərdə kuir və translar nifrət cinayətlərinə qarşı olduqca müdafiəsizdir.
Heteronormativ və qeyri-inkluziv cəmiyyət səbəbindən, yalnız Amerika Birləşmiş Ştatlarında bir il ərzində 22 qaradərili trans qadın nifrət qətli qurbanı olmuşdur. Bəhs edilən, sadəcə report edilən qurbanlardır. Bu, heteronormativ bir cəmiyyətlə uyğunlaşmayan insanlara yönəlmiş zorakılğın sadəcə kiçik bir nümunəsidir.
Davam Edəcək…
Tərcümə: Raven
Mənbə: femmagazine.com
Powered by Froala Editor