Gürcüstanda minlərlə insan qorxulu ultra-sağ zorakılığın Tbilisi Qürur yürüşünü təxirə salmasından sonra aksiya edib 

Paytaxtın Qürur Yüşününün ultra-sağçı hücumlar səbəbilə təxirə salınmasından sonra 6 iyul Tbilisidə parlament binasının qarşısında minlərlə insan aksiya keçirib. 

Tbilisi Qürur yürüşü təşkilatçıları ofislərinin zorakı sağçı xuliqanlar tərəfindən basqına məruz qalması, onların şəhəri ixtişaşlarla ələ keçirməsi və LGBTİ+ gürcüstanlıları dəhşətə gətirməsindən sonra Qürur yürüşünü təxirə salmaq məcburiyyətində qalıblar. 

Zorakılıq 15-dən çox ölkənin səfirlikləri və yüksək nüfuzlu insan hüquq qrupları tərəfindən qınanılıb, lakin əvəzində Gürcüstan höküməti LGBTİ+ləri təqsirləndirib. 

Ancaq Qürur yürüşü təşkilatçıları tərəfindən “tarixi” adlandırılan bir anda minlələr gürcüstanlı Tbilisi Pride ilə həmrəylik içində parlamentin qarşısında Rustaveli prospektini doldurub və açıq bir ismarıc verib: Gürcüstanda nifrətə yer yoxdur. 

"Bu himn, bayraq və ölkə bizə də aiddir," - deyə Tbilisi Pride direktoru və vətəndaş hüquqları aktivisti Giorgi Tabagari tvit paylaşıb. "Və heç birindən imtina etməyəcəyik!"



Powered by Froala Editor