Aktivistlər anti-LGBTİ+ qanununa etiraz etmək üçün Macarıstan parlamentinin qarşısında nəhəng göy qurşağı rəngli ürək quraşdırıb 

Aktivistlər ölkənin təhqiredici anti-LGBTİ+ qanununa etiraz etmək üçün Macarıstan parlamentinin qarşısına nəhəng göy qurşağı rəngində ürək quraşdırıblar. 

Háttér Dərnəyi və Amnesty Macarıstan LGBTİ+ aktivistləri məktəblərdə, reklamlarda və mediada LGBTİ+ kimliklərinin müzakirəsini qadağan edən mübahisəli qanuna görə 8 iyunda aksiya keçirib. 

Háttér Dərnəyinin sözçüsü Luca Dudits aksiya zamanı Associated Press-ə qanunu ləğv etmək səylərində onlar üçün açıq qalan tək yolun "vətəndaş itaətsizliyi" olduğunu söyləyib. 

Dudits qanunun LGBTİ+ləri damğaladığını və kuir gəncləri "məktəblərdə zorakılıq və bullinq təhlükəsiylə qarşı-qarşıya qoyacağını" əlavə edərək, "fəaliyyətlərimiz haqqında heç nəyi dəyişdirməyəcəyik," deyib.

Həm Dudits, həm Amnesty Macaristanın lideri Vig Dávid aksiyada danışıb və toplananlara hökumətin insan hüquqlarını seçə biləcəkləri bir "menu" olaraq görmələrinə icazə verməyəcəklərini söyləyiblər.

Dudits qanunun Macarıstanda "hücumlar, hədə-qorxu və özünüsenzura üçün bir zəmin" olaraq xidmət edəcəyini bildirib. 



Powered by Froala Editor