Tale Bağırzadədən nifrət dolu açıqlama
Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə LBGTQ+ icmasına qarşı qatı fobik çıxış edib
11/Jul/21
3466
Tale Bağırzadədən nifrət dolu açıqlama
Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə LBGTQ+ icmasına qarşı qatı fobik çıxış edib. O, icma üzvlərini "əxlaqsız və xəstə təfəkkürlü" adlandırıb.
Jurnalist Nurlan Qəhrəmanlı Tale Bağırzadənin rəsmi Feysbuk səhifəsindən ona aşağıdakı sualları ünvanlayıb:
"Son dövrlər ölkədə homofobiya, transfobiya və gender əsaslı zorakılıqların sayı getdikcə artıb. MBH sədri bu aktlara necə münasibət bildirir? LGBTIQ+ fərdləri MHB hərəkatına üvz ola bilərmi? Üzv olacaqları təqdirdə onlardan hansısa əlavə şərtlər tələb edə bilərsinizmi? Uzun illərdir həbsxanada yaşayan biri olaraq cəzaçəkmə müəssisəsində LGBT fərdlərinə qarşı zorakılıq hallarının şahidi olmusunuzmu? Olmusunuzsa, bu hadisələrə necə reaksiya vermisiniz?"
MBH lideri suallara belə cavab verib:
"Birmənalı olaraq sağlam cəmiyyətin mənəvi ruhuna ləkə olan və pozğun qadınlardan belə rəzil hesab etdiyimiz bu tipli varlıqlara münasibətimiz birmənalı olaraq mənfidir. Təməli şəhidlərimizin mübarək qanı ilə möhkəmlənən bir hərəkatın adını əxlaqsız və xəstə təfəkkürü olan bu zümrə ilə hallandırmağınıza isə çox təəssüf edirik. Həbsxanaya gəlincə, burada onlara bir insan deyil, insanlığını həvəsbazlığa satan simasız məxluqlar təki baxılır."
Powered by Froala Editor