Olimpiyaçı dünyaya kuir olduğunu deyib
Polşalı olimpiyaçı Katarzyna Zillmann gümüş medal qazandıqdan sonra dünyaya kuir olduğunu deyib
29/Jul/21
2952
Polşalı olimpiyaçı Katarzyna Zillmann gümüş medal qazandıqdan sonra dünyaya kuir olduğunu deyib
Olimpiya avarçəkəni Katarzyna Zillmann 28 iyulda Polşaya gümüş medal qazandırdıqdan sonra kuir olduğunu açıqlayıb.
Advocate-in verdiyi məlumata görə, Zillmann komandası ilə birlikdə dördnəfərli qayıq yarışında gümüş medal qazanıb və daha sonra müxbirlərlə danışarkən sevgilisinə təşəkkür edib.
Olimpiadaçı eynicinsli münasibətdə olduğu haqqında açıq olduğunu, hətta əvvəllər mediaya bu barədə danışdığını, lakin bunun heç vaxt verilmədiyini açıqlayıb.
Sportowe Fakty kanalına: "Medal yarışından sonra sizinlə olan söhbətlər mənim üçün heç də əsaslı deyildi," - deyə bildirib.
"Daha əvvəl də reportajlarımda bu barədə danışmışam, amma nədənsə yayınlanmayıb."
Artıq ictimaiyyət onun kuir olduğunu bildiyinə görə, platformasını LGBTİ+ icmasına vəkillik üçün Olimpiada medalisti kimi istifadə etmək istəyib.
O: "bununla da başqalarına kömək edəcəyimi bilirəm," - deyib.
"'Homofobiyaya qarşı idman' yazılmış köynəklə görünməyim və avarçəkmə ilə məşğul olan gənc qızlardan bir neçə ismarıc almağım kifayət edib."
Powered by Froala Editor