Trans idmançılar üçün qaydalar dəyişə bilər
Beynəlxalq Olimpiya Komitəsi trans idmançılar üçün 'məqsədə uyğun olmayan' qaydaların olduğunu qəbul edib
30/Jul/21
2811
Beynəlxalq Olimpiya Komitəsi trans idmançılar üçün 'məqsədə uyğun olmayan' qaydaların olduğunu qəbul edib
Beynəlxalq Olimpiya Komitəsi (IOC) trans idmançılar üçün təlimatların qurum tərəfindən dəstəklənmədiyini və əsaslı baxışa ehtiyac olduğunu qəbul edib.
Bazar ertəsi trans ağır atlet Laurel Hubbard qadınların super ağır çəki dərəcəsində yarışaraq Olimpiadada tarix yazacaq.
Hubbard Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən IOC təlimatlarına uyğun olaraq müəyyən edilmiş qaydalara riayət etdiyi üçün rəqabət aparmasına icazə verilib.
Sonuncu dəfə 2015-ci ildə yenilənən təlimatlar hazırda trans qadınların ümumi testesteron səviyyələrini 12 ay ərzində hər litrə görə 10 nanomoldan az tutduqları təqdirdə qadın kateqoriyasından rəqabət edə biləcəklərini müəyyən edib.
İndi IOC-in tibb və elmi direktoru Dr Richard Budgett təlimatların artıq elm tərəfindən dəstəklənmədiyini etiraf edib.
The Guardian-ın verdiyi məlumata görə, o: “Bunu tamamilə qəbul edirəm, işlər davam edir. Hazırda hər litrə görə 10 nanomol təyin olunub, çünki bunun [cisgender] kişilər üçün daha aşağı səviyyədə olduğunu düşünürdük. Artıq onların yeddiyə düşdüyünü və [cisgender] qadınlarda da daha yüksək ola biləcəyini bilirik,” - deyib.
Bu ilin əvvəlində hər ikisi də cisgender qadın olan namibiyalı sprinterlər Christine Mboma və Beatrice Masilingi təbii olaraq yüksək testesteron səviyyəsi səbəbilə Olimpiya yarışlarından kənarlaşdırılıb.
“Başqa bir rəqəmlə razılaşmaq, demək olar ki, mümkün deyil və bəlkə də əhəmiyyətsizdir”, - deyə Budgett əlavə edib. "Bunu sonsuza qədər müzakirə edə bilərsiniz."
IOC-in idman federasiyalarının öz qaydalarını yaratmaları üçün bir çərçivə hazırlayacaqlarını, "hər kəsə uyğun bir ölçü" olmadığını təkid edərək, hər bir idman növünün "təhlükəsizlik, ədalət və inklüzivlik" arasında bir tarazlıq qurması lazım olduğunu söyləyib.
Powered by Froala Editor