BBC Sport Olimpiadaçı Laurel Hubbardı hədəf alan transfoblara qarşı durub: 'Nifrət qalib gəlməyəcək'

BBC Sport 2020-ci il Olimpiya oyunlarında yarışan Yeni Zenlandiyadan olan Laurel Hubbard haqqında xəbərlərin altına transfob rəylərin yazılmasına qarşı çıxıb. 

Yayımçının rəsmi Twitter səhifəsi 1 avqust günü bütün izləyiciləri ilə #HateWontWin (Nifrət qalib gəlməyəcək) heşteqini ehtiva edən ismarıc paylaşıb. 

Hubbard haqqında paylaşımdan sonra BBC Sport platformaların "müzakirə, konstruktiv tənqid, debat və mövqe üçün ehtiram göstərilən bir məkan" olmasını istədiyini söyləyib.

Lakin Hubbardın Olimpiada oyunlarına daxil edilməsilə əlaqəli transfobik rəylərdən sonra BBC Sport rəyləri ilə nifrəti qırmağa başlayacağını söyləyib. 

Təhqir edən şəxsləri əngəlləməklə yanaşı, BBC Sport "ən ciddi məsələləri əlaqəli qurumlara" bildirərək şikayət edəcəyini deyib.

O, idmanda bərabərliklə əlaqəli məsələləri və müzakirələri əhatə etməyə davam edəcəyinə söz verib və izləyicilərinə "irq, dəri rəngi, gender, milliyət, etnik kimlik, əlillik, din, seksuallıq, cins, yaş və ya sinif əsaslı nifrət ifadəsi olan" paylaşımları işarələmək çağırışı edib. 

BBC Sport: "Sosial media hesablarımızı hər kəs üçün təhlükəsiz məkan halına gətirmək üçün birlikdə səy göstərəcəyik," - deyib. "Eyni komandada olsaq, nifrət qalib gələ bilməyəcək."



Powered by Froala Editor