Gey kişi Kuba etirazını yayınladığı üçün saxlanılıb
Gey kişi avtoritarlığın ürküdücü təsviri ilə Kuba etirazını yayınladığı üçün saxlanılıb
03/Aug/21
2715
Gey kişi avtoritarlığın ürküdücü təsviri ilə Kuba etirazını yayınladığı üçün saxlanılıb
Keçən ay Kubada hökumətə qarşı ilk etirazları canlı yayınlayan gey kişi saxlanılaraq həbs edilib.
Los Angeles Blade portalının məlumatına görə, Kubanın Havana şəhəri yaxınlığında San Antonio de los Baños əyalətindəki etirazı 11 iyulda Facebook Live vasitəsilə canlı yayınlayıb.
Sonrakı günlərdə Kubada ölkədəki qida və dərman çatışmazlığına, hökumətin COVID-19 pandemiyasını ələ ala bilməməsinə və ciddi iqtisadi böhrana qarşı anti-hökumət etirazları davam edib.
Lakin çarəsiz qalmış vətəndaşlar küçələrdə azadlıq sloqanları səsləndirərkən, yüzlərlə insan polis tərəfindən saxlanılıb.
Onların arasında canlı yayımı viral olan və etirazları dünyaya çatdıran de la Cruz da olub. O, saxlanılıb və "kütlələrə fətva verməkdə" ittiham edilib.
Kuba Milli Məclisinin keçmiş gey üzvü Luis Ángel Adán Roble, Twitter-də: "Yoan de la Cruz San Antonioda 11 iyul etirazlarını canlı yayınlayan şəxsdir, başqa heç nə," - deyə qeyd edib.
"Onlar bir neçə gün əvvəl onu evindən aparıblar və o, 'kütlələrə fətva verməkdə' ittiham edilib. Yoanı azad et, o heç bir cinayət işləməyib!"
Yoan de la Cruzun harada saxlanıldığı məlum olmayıb, lakin dəstəkçiləri sosial mediadan istifadə edərək sərbəst buraxılmasını tələb ediblər.
Powered by Froala Editor