Belçika: kişi sevgilisini öpdüyü üçün döyülüb
Gənc kişi sevgilisini öpdüyü üçün şokedici homofobik hücum nəticəsində döyülüb və üzünə tüpürülüb
29/Aug/21
1963
Gənc kişi sevgilisini öpdüyü üçün şokedici homofobik hücum nəticəsində döyülüb və üzünə tüpürülüb
Belçikada 25 yaşlı gənc sevgilisinə vida öpüşü verdikdən sonra homofobik hücum nəticəsində vəhşicəsinə döyülüb.
The Brussels Times zərərçəkmişin 21 avqust şənbə günü günortadan sonra Brüsseldə Place Flageydə hücuma məruz qaldığını bildirib.
Verilən xəbərə əsasən, sevgilisini öpdükdən sonra avtobusdan enmədən əvvəl 40 yaşlarında bir kişi tərəfindən hücuma məruz qalıb.
Hücum edənin hadisə yerindən qaçmazdan əvvəl gey kişinin üzünə yumruq atıb, üstünə tüpürdüyü bildirilib.
The Brussels Times xəbər verib ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib və hücumun nəticəsi olaraq tikiş atılıb. Hadisə ilə əlaqədar polisə şikayət olunub.
Brüssel Capital-Ixelles polis bölgəsi sözçüsü mediaya hadisənin homofobik mahiyyəti səbəbilə ayrı-seçkilik ilə mübarizə aparan və Belçikada bərabər imkanları təbliğ edən müstəqil ictimai qurum olan Unia ilə təmasda olduğunu söyləyib.
Unia bu həftənin əvvəlində hücumu izlədiklərini təsdiq edib.
Unianın həm-direktoru Patrick Charlier söyləyib ki, seksual oriyentasiya ilə əlaqəli ayrı-seçkilik haqqında hesabatlar zərərçəkənlərin yalnız 4.3 faizini əhatə edir, lakin bu hadisələr çox vaxt daha zorakıdır.
Powered by Froala Editor