Gey əfqan Taliban döyüşçüləri tərəfindən döyülüb
Gey əfqan ümidsiz vəziyyətdə qaçmağa çalışarkən qəddar Taliban döyüşçüləri tərəfindən təcavüzə məruz qalıb və döyülüb
30/Aug/21
1266
Gey əfqan ümidsiz vəziyyətdə qaçmağa çalışarkən qəddar Taliban döyüşçüləri tərəfindən təcavüzə məruz qalıb və döyülüb
Əfqanıstanda gey kişi ölkədən qaçmağa çalışarkən Taliban tərəfindən döyülüb, təcavüzə uğrayıb və ailəsinə ifşa edilib.
ITV News xəbərinə görə, Hanan ləqəbli kişi kimliyini qorumaq üçün təhlükəsiz bir yol tapmağa çalışarkən ekstremist militant qrup tərəfindən hədəf alınıb.
Hadisə Hananın Əfqanıstandan çıxmasına kömək edəcəyinə vəd verən bir insanla sosial mediada danışmağa başladıqdan sonra baş verib.
Hanan həmin şəxslə görüşməzdən əvvəl onunla üç həftə danışıb - amma bunun açıq-aşkar hiylə olduğu məlum olub. Görüş yerində o, iki Taliban üzvü tərəfindən qarşılanıb.
Onlar Hananı döyməyə və təcavüz etməyə başlayıblar. Hətta atasına zəng edib oğlunun gey olduğu demələri üçün onun nömrəsini verməsini tələb ediblər.
Hazırda Türkiyədə yaşayan əfqanıstanlı LGBTİ+ hüquqları aktivisti Artemis Akbari ITV News xəbər portalına verdiyi açıqlamada Talibanın yeni rejiminin əvvəlkindən daha tolerant olacağı iddiasının yalan olduğunu söyləyib.
Bundan əlavə, o, sosial medianın Talibanın LGBTİ+ əfqanıstanlıları tapıb öldürməsini hər zamankından daha asan hala gətirəcəyini bildirib.
Akbari: "Bir hesab açıb, özlərini icmanın bir üzvü imiş kimi göstərərək LGBT+ fərdlərini aldadacaqlar," - deyib.
"Əfqanıstandakı dostlarıma görə qorxuram, onlar qarşıda başlarına nə gələcəyini bilmirlər, buna görə də gizlənməyə çalışırlar."
Powered by Froala Editor