Transfob bloggerdən növbəti hədə

Ard-arda transfob və homofob çağırışlar edən blogger Sevinc Hüseynova bu gün növbəti dəfə öz İnstaqram hesabında hədə-qorxu dolu paylaşım edib.

Blogger dövlət orqanlarının qarşısında şərt qoyub. O Vilayət Eyvazova müraciət edəcəyini deyib və bildirib ki, əgər dövlət orqanları transları yığışdırmazsa, o, xalqı ayağa qaldıracaq və mitinqlər təşkil edəcək. 

“Biz sizləri bir-bir o zaman özümüz yığışdırarıq” - deyə, Sevinc Hüseynova yazıb.

O, öz transfob fikirlərinə əlavə olaraq deyib ki, əgər heç bir tədbir görülməzsə, translar uşaqları zorlaya bilərlər.

Qeyd edək ki, Sevinc Hüseynova son iki ay ərzində dəfələrlə LGBTİ+ icması əleyhinə canlı yayımlar və paylaşımlar edərək, onların şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, eləcə də daha öncəki çıxışlarında transların öldürülməsinə çağırış edib.

Trans icma məsələ ilə əlaqədar bloggerdən 17-ci polis bölməsinə və Ombudsman aparatına şikayət etsə də, heç bir tədbir görülməyib.



Powered by Froala Editor