Finlandiya ictimai tələbdən sonra çevirmə terapiyası qadağasını nəzərdən keçirəcək

Finlandiya parlamenti çoxlu sayda fin vətəndaşın təşəbbüsə imza atmasından sonra çevirmə terapiyasını tamamilə qadağan etməyi nəzərdən keçirəcək.

Həm yetkin insanların, həm də uşaqların seksual oriyentasiyasını və ya gender kimliyini çevirmə cəhdlərini qadağan edəcək təşəbbüs sadəcə bir ayda lazımi 50 min imza toplayıb və hazırda parlamentə göndərilib. 

Təşəbbüsü başlayan Perttu Jussila YLE-ə bunları söyləyib: “Çevirmə müalicələrinin hələ də qadağan edilməməsi ağılsızlıqdır.”

“Axı alternativ müalicələrin tənzimlənməsi [baş nazir Sanna Marin] hökumətinin proqramına daxil idi. Hökumətin qurulmasından bir neçə il keçib, lakin həqiqi heç nə baş verməyib. AB öz siyasətində çevirmə terapiyalarını qınayıb və Malta 2016-cı ildə müalicələri qadağab edib. Mən sadəcə vətəndaşların təşəbbüsü olmadan məsələnin həll olunmayacağı qənaətinə gəldim.”

Jussila yetkin insanların etibarını itirmiş müalicəyə razılıq verəcəyi nəzərə alındığında qanuni olaraq çətin olsa da, yetkin insanlar və kiçikyaşlılar üçün çevirmə terapiyasını qadağan etməyin həyati əhəmiyyəti olduğunu deyib. 

“Bu, dünyadakı ən asan hüquqi məsələ deyil, lakin imkansız da deyildir,” - o deyib. 



Powered by Froala Editor