Jurnalist Əvəz Hafizli etiraz aksiyası keçirib
Dünən, sentyabrın 10-u, saat 23.30-da jurnalist, LBGTİ+ icma üzvü Əvəz Hafizli təkadamlıq aksiya keçirib
11/Sep/21
2854
Jurnalist Əvəz Hafizli etiraz aksiyası keçirib
Dünən, sentyabrın 10-u, saat 23.30-da jurnalist, LBGTİ+ icma üzvü Əvəz Hafizli transfob və homofob blogger Sevinc Hüseynovanın növbəti fobik çıxışına etiraz olaraq, Bakı şəhərinin mərkəzində təkadamlıq aksiya keçirib.
O, üzərində "LGBT haqları, insan haqları" yazılmış plakat qaldırıb və "rədd olsun homofobiya" şüarı səsləndirib. Əvəz Hafizli dövlət qurumlarının Sevinc Hüseynovanın hədə-qorxu dolu çağırışlarına reaksiya verməməsindən narazılıq bildirib.
Hadisə yerinə qısa zamanda polis nəfərləri gəlib. Onlar Əvəz Hafizlini zorakı üsulla saxlayaraq, Mcdonald's restoranının qarşısından Yusif Məmmədəliyev küçəsi boyunca sürüyüblər. Daha sonra o, polis maşınına mindirilərək Səbail rayonu 9-cu polis bölməsinə gətirilib.
O, bir saata yaxın saxlanıldıqdan sonra azad edilib.
Xatırladaq ki, blogger Sevinc Hüseynova iyul ayından başlayaraq, öz İnstaqram hesabında dəfələrlə LBGTİ+ icmasının şərəf və ləyaqətini alçaldan, icmaya qarşı zorakılıq və qətllərə səsləyən çağırışlar edib. O, Əvəz Hafizlinin ünvanına da təhqir və hədə-qorxu səsləndirib. Həm Əvəz Hafizli, həm də yerli trans icması Sevinc Hüseynovanın əməllərindən polis, Baş Prokurorluq və İnsan Haqları üzrə Müvəkkilə şikayət etsələr də, heç bir nəticəsi olmayıb. Sentyabrın 5-də bloggerin hədə-qorxularından sonra psixoloji sarsıntı keçirən Əvəz Hafizli intihara cəhd edib.
Powered by Froala Editor