Madrid anti-LGBTİ+ nifrət cinayətlərinə qarşı birləşib
Madrid anti-LGBTİ+ nifrət cinayətlərin qorxunc artımına etiraz olaraq birləşib
13/Sep/21
2337
Madrid anti-LGBTİ+ nifrət cinayətlərin qorxunc artımına etiraz olaraq birləşib
Yüzlərlə insan bu həftə sonu İspaniyanın Madrid şəhərinin küçələrində anti-LGBTİ+ nifrət cinayətlərin həyəcan verici artımına qarşı birləşmək üçün toplanıb.
Bu ayın əvvəlində Malasaña məhəlləsində arxasına "p***x" sözü yazılmış geyə qarşı iddia edilən hücum İspaniyanı qəzəbləndirib.
Zərərçəkmiş daha sonra polisdəki ifadəsini geri götürüb və xəsarətlərinin razılıq əsasında olduğunu iddia edib, lakin fəallar yalanın LGBTİ+ ispaniyalılara qarşı nifrət cinayətlərinin sayını azaltmadığını vurğulamaq istəyiblər.
Bu, 11 sentyabr şənbə günü axşam LGBTİ+ kampaniyaçılarının Madridin ən məşhur mərkəzi meydanı Puerta del Sol -a toplaşması ilə yüksək səslə səslənən mesaj olub.
İnsanlar "Ədalət", "Birimizə toxun, hamımıza toxun" və "Öldürülürük" yazılı banner və plakatlar daşıyarkən göy qurşağı bayraqları geyiniblər. Bəziləri "ədalət" sözünü başlarına yapışdırıb, bir çoxları isə iyul ayında zorakı dəstə tərəfindən döyülərək öldürülən bir gey tibb işçisi köməkçisi Samuel Luizdən danışıb.
"Samuel gey olduğu üçün öldürülüb" deyə qışqırıblar. "Qorxmuruq və qəzəblənirik" deyənlər də olub.
Powered by Froala Editor