Sumqayıtda transfob hücum

Sentyabrın 22-si Sumqayıt şəhərində trans qadına hücum edilib. Hadisə Kristal Abşeron şirkətinin binalarının yaxınlığında yerləşən Kristal marketdə baş verib. Trans qadın və onun partnyoru mağazaya daxil olanda mağazanın kassiri və daha 2 nəfər şəxs onun trans olduğunu müəyyən edərək, hücum ediblər. Onlar transların “əxlaqsızlıq yaydığını” iddia ediblər.

Hücum nəticəsində trans qadının partnyoru xəsarət alıb. Hadisədən polisə şikayət olunub. Məsələ Sumqayıt 3-cü polis bölməsi tərəfindən araşdırılır.



Powered by Froala Editor