Polşa 'LGBTİ+siz bölgəni' itirib
Bölgə nifrətdən imtina etdiyi və 'hər kəs üçün bərabərlik təminatı' verdiyi üçün Polşa 'LGBTİ+siz bölgəni' itirib
24/Sep/21
2187
Bölgə nifrətdən imtina etdiyi və 'hər kəs üçün bərabərlik təminatı' verdiyi üçün Polşa 'LGBTİ+siz bölgəni' itirib
Polşanın cənubunda əyalət bölgəsi Avropa Birliyinin (AB) maliyyə dəstəyini saxlaması ilə təhdidindən sonra "LGBTİ ideologiyasına" qarşı çıxan təklifi ləğv edib.
Polşanın bir neçə bölgəsi qəsəbə və şəhəri ərazilərini "LGBT ideologiyasından azad olunmuş" elan edən pisniyyətli qərarlar alıb. AB 2019-cu ildə Polşada ortaya çıxmağa başladığından bəri sözdə 'LGBT-siz bölgələri' sərt şəkildə qınayıb.
Euronews-un bildirdiyinə görə, Swietokrzyskie bölgə məclisi 22 sentyabr çərşənbə günü xüsusi sessiyada anti-LGBTİ+ qərarının ləğv olunması üçün səsvermə keçirib.
Xüsusi bölgə məclisində Swietokrzyskie bölgəsinin 25 məclis üzvü Polşa konstitusiyasının valideynlərə uşaqlarını inanc və görüşlərinə uyğun olaraq böyütmə haqqını təmin etdiyini ifadə edən yeni qərar qəbul edib. Lakin konstitusiyanın "hər kəs üçün bərabərlik və ədalətli davranış təmin etdiyini" də bəyan edib.
Associated Press xəbər verir ki, LGBTİ+ aktivisti Bart Staszewskinin "Polşa üçün gözəl bir gündür və aktivistlər və vətəndaş cəmiyyətinin böyük uğuru" olduğunu söyləyib.
Staszewski: "Həqiqətən, təsirləndim," - deyib.
Powered by Froala Editor