Ford-dan “Çox Gey” Raptor

Ford avtomobil şirkəti internet troluna cavab olaraq, “Çox Gey” Raptor avtomobili hazırlayıb.

Şirkətin yeni tünd göy rəngli Ranger Raptor avtomobilinin təqdimatı haqqında bir internet şərhçisi belə yazıb: “Çox gözəl maşındır! Amma bu göy rəng çox geydir!! Hey Ford! Onu qara və qızılı, ya da kamuflyaj rənginə boya!”

Ford şirkətinin şərhçiyə cavabı gecikməyib. Şirkət iyunun 25-i öz sosial media hesabında animasiya videosu paylaşıb. O, “qara və qızılı” rəng tövsiyəsini hərfi qəbul edib və videoda yeni Raptoru zərli qızılı rəngə boyayıb, qızılı rəngindən üzərindən isə göy qurşağı çəkib. 


Videonun sonunda isə şirkət 25 ildən çoxdur ki, LGBTQ+ icmasını dəstəklədiyini bəyan edib. Paylaşım #ÇoxGeyRaptor heşteqi ilə yerləşdirilib.

Lakin hekayə bununla yekunlaşmayıb. Ford həqiqətən də zərli qızılı rəngə və göy qurşağına boyanmış Çox Gey Raptor hazırlayıb və onu bu il Almaniyanın Köln şəhərində baş tutan Qürur Paradında nümayiş etdirib.



Powered by Froala Editor