Şotlandiya məktəblərdə LGBTİ+ tarixini öyrədir
Şotlandiya məktəblərdə LGBTİ+ tarixini öyrədən ilk ölkə olub
01/Oct/21
1416
Şotlandiya məktəblərdə LGBTİ+ tarixini öyrədən ilk ölkə olub
“İnklüziv Təhsil Zamanıdır” (Time for Inclusive Education (TIE)) adlı kampaniyanın keçirilməsindən sonra Şotlandiya hökuməti müəllimlər üçün onlayn tədris resursunu işə salıb, bu resursun məqsədi LGBTİ+ bərabərliyini məktəb proqramına daxil etməkdir.
Kampaniyaçılar Şotlandiya hökumətinin yeni onlayn platforma işə salması xəbərinə şad olub və bildiriblər ki, LGBTİ+lərin tarixini başa düşmək gənclərin imkanlarını genişləndirməyə kömək edə bilər.
Yeni resursa valideynlərin, müəllimlərin, gənclərin və LGBTİ+ təşkilatlarının yaratmağa kömək etdiyi təhsil vebsaytı, onlayn tədris kursları və alətləri daxildir.
Müəllimlərin aparıcı həmkarlar ittifaqı, eləcə də Bərabərlik və İnsan Haqları məsələləri üzrə Komissiya tərəfindən dəstəklənən bu resurs LGBTİ+ tarixini, eləcə də bərabərliyin təşviqi və qısnamalara qarşı məsələləri ehtiva edir.
Powered by Froala Editor