"Qıy vaar!” podkastına kibermüdaxilə olunub

Seks və seksuallıq, seksual həzz və sağlamlıq, kuir-feminist aktivizm kimi mövzularda podkastlar hazırlayan “Qıy vaar!” platformasının İnstagram səhifəsi bağlanıb, Facebook səhifəsinə isə naməlum cihazdan giriş müşahidə edilib. Bu haqda səhifənin admini,  LGBTİ+ blogger Əli Məlikov Minority Azerbaijan-a məlumat verib.


Onun sözlərinə görə, oktyabrın 1-i İnstagram səhifəsinə daxil ola bilmədiyini müşahidə edib. Oktyabrın 2-də isə səhifənin bağlanması haqqında məlumat əldə edib. Ehtimal olunur ki, bu, çoxsaylı şikayətlər nəticəsində baş verib. Ardınca, 3 oktyabr saat 5:50-də “Qıy Vaar!” platformasının Facebook səhifəsinə naməlum cihazdan giriş edildiyini görüb. Əli Məlikov deyir ki, səhifəyə hər zaman yalnız bir cihazdan giriş edilirdi və sözügedən saatda admin tərəfindən giriş yox idi. İkinci cihazın kimə məxsus olduğu hələ də müəyyənləşdirilməyib.


Bu hadisədən sonrakı günlərdə Əli Məlikov İnstagram səhifəsinin bərpası üçün sosial şəbəkə ilə əlaqə qursa da, nəticə uğursuz olub. Hazırda o, platforma üçün “qiyvaarpodkast” ünvanı ilə yeni İnstaqram səhifəsi yaradıb.

Hazırda "transfobiya və trans icmalarına dövlət, polis basğısı", "qəhbə utandırma (slut-shaming) nədir?" və "kuir miqrasiyası" epizodunu yayımlamışdıq. Hədəfimiz isə bu ay ərzində "bifobiya və monoseksizm", "İİV+/QİÇS haqda danışmaq", "təhsil sistemi və LGBTİQ+lər" və s. kimi daha 4-5 epizodu da dinləyənlərə çatdırmaq idi. Səhifə bağlandığı üçün hələlik epizodlar da dayanıb.” - Əli Məlikov bildirib.



Powered by Froala Editor