Elektrikçi BDSM saytlarında tanış olduğu səkkiz adamı axtaladığı və bir nəfəri öldürdüyü üçün həbs edilib

Almaniyada BDSM internet saytlarında reklam verdikdən sonra səkkiz nəfəri kastrasiya edən və bir nəfəri qanlı mətbəx masası əməliyyatlarında öldürən elektrikçi həbs edilib.

Almaniya qanunları ilə anonimliyi qorunan 67 yaşlı Horst B 2018-ci ilin iyulundan 2020-ci ilin martına qədər qeyri-qanuni əməliyyatlar həyata keçirib.

O, oktyabr ayında başlayan mühakimə zamanı Münhen regional məhkəmə zalında dinləmələrdə həyat yoldaşının ölümündən sonra borca girdiyi zaman BDSM saytlarında xidmətlərini reklam etməyə başladığını söyləyib.

O, müştərilərinə döyülmə və elektrik şoku təklif etməklə başlasa da, tezliklə ona daha çox pul qazandıra biləcək xidmətlərə keçib. O, məhkəmədə kastrasiyalara "tələbat olduğunu" deyib. 

B özünü internetdə “peşəkar, təlim keçmiş” həkim kimi reklam edib, bu da ona başqalarının bağ qayçıları ilə “müalicə” təklif etdiyi forumlarda fərqlənməyə kömək edib.

Lakin 20 Minuten agentliyinin verdiyi məlumata görı, o, məhkəməyə, əslində, əməliyyatın necə aparılacağına onlayn baxdığını bildirib. O, xəstəxanada iki əməliyyata da baxıb.

Çərşənbə axşamı günü B səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.



Powered by Froala Editor