“A və 24 digəri Azərbaycana qarşı” işində ehtimal olunan nəticələr
Nəfəs LGBTİ: “A və 24 digəri Azərbaycana qarşı” işində ehtimal olunan nəticələr
25/Dec/21
2697
Nəfəs LGBTİ: “A və 24 digəri Azərbaycana qarşı” işində ehtimal olunan nəticələr
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2021-ci il üçün vəkillik kampaniyası planlayıb. LGBTİ+ hüquq təşkilatı bu il LGBTİ+ və qadın* hüquqlarına fokuslanaraq, 2017-ci ilin "LGBTİ+ ovu" və Avropa İnsan Hüquqları Məhkəməsinin gözlənilən qərarı haqqında vəkillik proqramı hazırlayıb. Proqramı və Nəfəs LGBTİ Azərbaycan Alyansının Minority Azərbaycana söylədiklərini olduğu kimi təqdim edirik.
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər Azərbaycanda LGBTİ+lərin hüquqlarının müdafiəsini, sosial inklüzivliyini təmin etmək üçün vəkillik edir. Nəfəs ölkədə LGBTİ+ icması ilə və onun üçün çalışan və fəaliyyətini davamlı şəkildə qoruyan LGBTİ+ hüquq müdafiəsi təşkilatıdır. 2017-ci ildə Azərbaycan polisi gey və ya biseksual olduğu güman edilən kişiləri və eyni zamanda, trans* qadınları həbs edib və işgəncə tətbiq etdiyi zorakı kampaniya həyata keçirib. Kampaniya son illərdə səlahiyyətlilər tərəfindən bu qəbildə həyata keçirilən ilk ən böyük ov olduğu üçün icma arasında "LGBTİ+ ovu" kimi tanınıb.
2017-ci ilin sentyabr ayının ortalarında digər gey kişilər və trans* qadınlar haqqında rüşvət və informasiya almaq üçün onlarla LGBTİ+i şübhəli ittihamlarla, döyülərək və bəzilərinə elektroşok tətbiq edilərək polis tərəfindən saxlanılıb. Human Rights Watch: "Hökumət səlahiyyətliləri təzyiqləri rədd etməmiş və əksinə, saxta əxlaq və ictimai saxlamlıq səbəbləri ilə haqq qazandırmağa çalışıb," - deyib.
AİHM Hüquqi proseduru
Nəfəs LGBTİ Azərbaycan Alyansı “A və 24 digəri Azərbaycana qarşı” işi üzrə məhkəmə şikayətlərinə əsasən, 14-cü maddə ilə birlikdə oxunan 3-cü maddənin əsas və prosessual aspektləri üzrə Avropa Məhkəmənin yurisdiksiyasını araşdırıb. Belə ki, məhkəmənin ümumi yanaşması rəftarın “minimum şiddət səviyyəsinə” çatdırılması və bu səviyyənin qiymətləndirilməsi nisbi olmasından ibarətdir.
Bu nisbilik qurbanın həssas vəziyyətdə olub-olmaması da daxil olmaqla, işin bütün hallarını (məsələn, “rəftarın müddəti, onun fiziki və ya psixi təsiri və bəzi hallarda qurbanın genderi, yaşı və sağlamlıq vəziyyəti”) və eyni zamanda, kontekst və üsul və edilən rəftarın arxasında duran motivasiyanın əsas məqsədini nəzərə alır. "Aydın Türkiyəyə qarşı" işində dövlət aktyoru tərəfindən məhbusun zorlanmasını “pis rəftarın [işgəncənin] xüsusilə ağır və iyrənc forması” kimi müəyyən edərkən, Məhkəmə azadlıqdan məhrum etməni "cinayətkarın məhbusun həssaslığından və zəifləmiş müqavimətindən istifadə edə bilməsi asanlaşdıran bir mühit kimi göstərmişdir".
Bundan əlavə, rəftar məhbusun alçaldılmasına, onun ləyaqətinə hörmət edilməməsini nümayiş etdirməyə və ya mənəvi və fiziki müqaviməti qıra biləcək qorxu, əzab və ya alçaldılma hisslərinə səbəb olduqda, qaçılmaz olaraq 3-cü maddədə nəzərdə tutulmuş pozuntu sayılacaqdır. “Məhkumun saçının zorla qırxılmasının ləyaqəti alçaldan rəftara səbəb olub-olmamasına” gəlincə, Məhkəmə belə bir rəftarın əsassız olduğu halda “ləyaqəti alçaldan kimi səciyyələndirilməsi üçün kifayət qədər zorakılığa” malik olduğunu qərara alıb. Bunun vacib xüsusiyyəti, insanın fiziki görünüşünün zorla dəyişdirilməsidir. Tezliklə sərbəst buraxıldıqda və ya ictimaiyyətə təqdim olunduqda, o cümlədən digərləri tərəfindən dərhal göründüyü üçün məcburi saçın qırxılması “insan ləyaqətini aşağı sala və ya alçaldılma hisslərini oyatmağa” təsir göstərə bilər. Məhkəmə hesab edir ki, hətta alçaldıcı niyyət olmadıqda belə, xüsusi əsas olmadan məcburi saçın qırxılması özlüyündə arbitrar elementi ehtiva edir və “buna görə də, onun gözündə qurbanı alçaltmaq və/və ya ram etmək kimi görünür”.
3-cü maddənin prosessual hissəsinə gəldikdə, şəxs polis və ya digər dövlət subyektləri tərəfindən pis rəftarın qurbanı olduğunu iddia etdikdə, ümumi prinsip təqsirkarları müəyyən etmək və cəzalandırmaq qabiliyyətinə malik “hərtərəfli və səmərəli araşdırma” tələb edir. Məhkəmə xüsusilə həssaslığı gücləndirə və ayrı-seçkilik elementlərini aşkara çıxara bilən amilləri nəzərə alır və beləliklə, 3-cü maddə üzrə həddi qarşılayır. Çünki, Məhkəmənin ifadə etdiyi kimi, “ayrı-seçkilik münasibətlərindən irəli gələn zorakılığa və qəddarlığa bu cür çalarları olmayan işlərdə baş verən zorakılıqla bərabər yanaşmaq, xüsusilə əsas hüquqları pozan hərəkətlərin spesifik təbiətinə göz yummaq olardı. ”
Məhkəmə təminatları və müdafiəsi standartlarına gəldikdə, Məhkəmə öz amerikan həmkarına oxşar yanaşma nümayiş etdirir. 3-cü maddəni 14-cü maddə ilə birlikdə nəzərdən keçirsək, dövlət orqanları ayrı-seçkilik elementlərini araşdırmaq, o cümlədən sübutların toplanması və təmin edilməsi, “həqiqəti aşkar etmək üçün bütün praktiki vasitələrin” araşdırılması və “tam əsaslandırılmış, qərəzsiz və obyektiv məlumatların çatdırılması üçün mümkün olan bütün ağlabatan addımları atmalıdırlar, məsələn, irqi və ya dini dözümsüzlük və ya mümkün ayrı-seçkilik motivlərini ört-basdır etmək üçün gender əsaslı ayrı-seçkilikdən irəli gələn zorakılıq nəticəsində yaranan zorakılığın göstəricisi ola biləcək şübhəli faktları nəzərə alaraq qərarlar qəbul edir.”
Hazırkı işin müzakirəsi və nəticə
Əvvəlki müzakirələrə əsasən, ərizəçilərə qarşı qaldırılan rəftar stereotiplərə və onların LGBTİ icması ilə əlaqəsinə əsaslanırdı. Məsələn, polis əməkdaşlarının saxlanma zamanı söylədiyi homofob və transfobik şərhlər davranışın arxasında ayrı-seçkilik elementinin olduğunu göstərir. Ehtimal olunduğu kimi, bu əməlin məqsədi və mahiyyəti ərizəçiləri alçaltmaq və təhqir etmək və LGBTİ icması ilə əlaqələrinı görə, onları cəzalandırmaq idi.
Bundan əlavə, keçid prosesinin bir hissəsi olaraq, uzun saçlara sahib olmaq trans qadınlar üçün fiziki görünüş və bədən bütövlüyü məsələsi kimi məhrəm məna daşıya bilər. Bu birləşmədə saçları zorla qırxmaq onların şəxsiyyətinə və bütövlüyünə qarşı özbaşına hücum idi. Xüsusilə qeyd edək ki, polis əməkdaşlarının davranışı [qırxmanı] həyata keçirərkən işlətdiyi ifadə də bu davranışın arxasındakı transfobik motivi, yəni davranışın ərizəçilərin şəxsiyyətinə yönəldiyini göstərir. Məhkəmənin yurisprudensiyasına əsaslanaraq demək olar ki, ərizəçilər bu əməli sifariş edən polis məmurlarının gözündə olmasa belə, onların saçını qırxmağa məcbur edilən digər saxlanılanların və ya öz gözlərində alçaldılıblar. Əlavə olaraq, Məhkəmənin öz presedent hüququnda vurğuladığı kimi, saçları qırxmaq da davranışın şiddətini ağırlaşdıran görünən fiziki əlamətdir. Ərizəçilərin dinləmələrə gətirilərkən niyə yazıq və kədərli görünməsi təəccüblü olmamalıdır. Çox güman ki, onlar polis məmurları tərəfindən onlara vurulmuş görünən fiziki izi daşıyarkən, qısa müddət sonra ictimaiyyətə açıq olduqları üçün ləyaqətləri alçaldılıb.
Əhəmiyyətli cəhətlə yanaşı, 3-cü maddənin prosessual aspektləri kontekstində də pozuntu qeydə alınıb. Apellyasiya məhkəməsi ərizəçilərin polis əməkdaşları tərəfindən pis rəftarla bağlı iddialarının araşdırılması ilə bağlı vəsatəti izahat təqdim etmədən rədd edib. Bu sənəddə Məhkəmənin presedent hüququ ilə birlikdə müzakirə edilən ümumi prinsiplər və dövlətin öhdəlikləri, həmin dövrdə beynəlxalq və daxili rezonans nəzərə alınmaqla, polis əməkdaşlarının davranışının arxasındakı motivasiya faktoru olan bu ayrı-seçkiliyin olub-olmaması ehtimalına dair mənalı araşdırmanın aparılmasına da ciddi ehtiyac var idi. Lakin Apellyasiya Məhkəməsi buna nail ola bilməyib.
Belə nəticəyə gəlmək ağlabatandır ki, polis əməkdaşları tərəfindən ərizəçilərə qarşı qaldırılan rəftar rekvizit zorakılıq səviyyəsinə çatır. Bir-biri ilə əlaqəli olaraq, homofob və/və ya transfobik nifrət polis məmurunun güc tətbiq etməsində səbəb faktoru olub, beləliklə də əzab səviyyəsini daha da ağırlaşdırıb. Bundan əlavə, hərtərəfli və effektiv araşdırma aparmamaqla yanaşı, hakimlər tərəfindən verilən stereotipik şərhlər ərizəçilərin iddiaları üzrə araşdırma aparılması tələbi ilə bağlı vəsatəti qəbul etmək istəməməsində ayrı-seçkilik motivlərindən şübhələnmək üçün kifayətdir. Bu məqamları nəzərə alaraq, polis əməkdaşlarının davranışının və hakimlərin imtinasının əsas amili kimi ərizəçilərin şəxsiyyətini nəzərə alaraq, Məhkəmə “A və 24 digəri Azərbaycana qarşı” işdə Konvensiyanın 14-cü maddəsi ilə birlikdə 3-cü maddənin pozulması və onun mahiyyəti baxımından 3-cü maddənin prosessual olaraq pozulduğu müəyyən etməlidir.
Powered by Froala Editor