“Qadın Təşəbbüslərinə Dəstək Qrupu və Digərləri v. Gürcüstan”
AİHM: “LGBTİ+lərin aksiyalarına qarşı nifrət zorakılığına görə cəzasızlıq ayrı-seçkilik qanunun pozuntusudur”
02/Jan/22
2872
AİHM: “LGBTİ+lərin aksiyalarına qarşı nifrət zorakılığına görə cəzasızlıq ayrı-seçkilik qanunun pozuntusudur”
Avropa İnsan Haqları Məhkəməsi (AİHM), Gürcüstanda 17 May etirazına edilən hücumun mövzu olduğu iddiada; dinc nümayişçiləri homofob və transfob zorakılıqdan qoruya bilmədiklərinə və adekvat araşdırma aparmadıqlarına görə, səlahiyyətliləri cəzalandırıb.
“Qadın Təşəbbüslərinə Dəstək Qrupu və Digərləri v. Gürcüstan” qərarının təfərrüatları belədir:
17 may 2013-cü il tarixində LGBTİ+ fəalları tərəfindənGürcüstanın Tiflis şəhərində Rustaveli prospektində planlaşdırılmış, lakin həyata keçməyən Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü Yürüşü təhdid edilib. LGBTİ+ hüquq müdafiəçiləri bu təhdidləri Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə müzakirə ediblər. Səlahiyyətlilər nümayişdə iştirak edəcək insanların təhlükəsiz olacağına əminlik veriblər. Lakin onlar hücum riskindən xəbərdar olsalar da, LGBTİ+ləri təcavüzkarlardan qorumaq üçün tədbirlər görməyiblər.
Hücumlara görə yürüş baş tutmadığından yürüşə qatılmaq üçün ərazidə olan çoxlu LGBTİ+ fəalı döyülüb. Daxili İşlər Nazirliyi hücumla bağlı başladılan istintaqdan sonra iki iddia açıb.
İddiaların birində təcavüzkarlar 45 Avro cərimə ilə bəraət qazansa da, digər iş hələ də davam edir. AİHM Gürcüstan hakimiyyətinin iş üzrə təcrübələrini Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində tənzimlənən qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsinə və 11-ci maddədə tənzimlənən sərbəst toplaşmaq azadlığı ilə bağlı 14-cü maddədə əksini tapan ayrı-seçkiliyin qadağan edilməsinə zidd hesab edib: “LGBT icmasının aksiyasına qarşı olanların hücumuna göz yummaq və nifrət motivli zorakılığa görə cəzasız qalması 3, 11 və 14-cü maddələrin pozuntusudur.”
Məhkəmə ərizəçiləri (35 Gürcüstan vətəndaşı və Gürcüstanda fəaliyyət göstərən iki LGBTİ+ təşkilatı - Qadın Təşəbbüslərinə Dəstək Qrupu və İdentoba) haqlı hesab edərək, ərizəçilərə ümumilikdə 193500 avro təzminat ödəməyə qərar verib. Bundan əlavə, Məhkəmə hücum zamanı beyin sarsıntısı keçirmiş ərizəçiyə 10000 avro, supermarketdə polisdən tərəfindən təhqir olunan ərizəçiyə isə 6000 avro təzminat ödənilməsinə qərar verib.
Powered by Froala Editor