Eurovision 2019 - Yeni nə Xəbər Var?
Eurovision seçimləri davam etməkdədir. Artıq Finala 100 gündən az vaxt qalıb. Altı ölkənin çıxışı bəllidir.
09/Feb/19
4292
Eurovision seçimləri davam etməkdədir. Artıq Finala 100 gündən az vaxt qalıb və altı ölkənin çıxışı bəllidir.
Eurovision həyacanı artmaqdadır. Bu həftə Büyük Britaniyanın təmsilçisi də BBC-nin 'Eurovision You Decide' şousunda bəlli oldu. Beləliklə Tel-Əvivdə Britaniyanı Michael Rice 'Bigger Than Us' mahnısı ilə təmsil edəcək.
Uzaq Avstraliya da öz seçimini artıq ötən axşam etdi. Bu il Tel-əvivdə ölkəni Kate Miller-Heidke 'Zero Gravity' mahnısı ilə təmsil edəcək.
Bu həftə Rusiya da öz təmsilçisini açıqladı. Bu, Avropanın artıq yaxşı tanıdığı Serqey Lazerev olacaq. Xatırladaq ki, Serqey Lazerev artıq bir dəfə 2016-cı ildə ölkəsini bu yarışmada təmsil etmişdi. O zaman Serqey ölkəsinə ikinci yeri qazandırmışdı.
Hazırda İsveçdə Eurovision qədər məhşur Melodifestivalen davam edir. Hər il olduğu kimi bu yarışmanın qalibi İsveçi Eurovision-da təmsil etmək hüququ qazanacaq. Yarışmanın finalı mart ayının 9-a təsadüf edir.
Digər ölkələrin təmsilçiləri ilə buradan tanış ola bilərsiz.
Xatırladaq ki, bu il Eurovision müsabiqəsinə düz 20 ildən sonra yenidən İsrail ev sahibliyi edəcək. Müsabiqə May ayının 14, 16 və 18-də Tel-Əvivdən yayımlanacaq.