Human Rights Watch əfqan kuirlərlə bağlı hesabat dərc edib
Human Rights Watch Əfqanıstanda “Talibanın” hakimiyyətə gəlməsindən sonrakı dövrdə kuirlərin həyatı haqqında hesabat dərc edib
27/Jan/22
1348
Human Rights Watch əfqan kuirlərlə bağlı hesabat dərc edib
Human Rights Watch hüquq-müdafiə təşkilatı LGBTI+lərin müdafiəsi üzrə qeyri-hökumət təşkilatı olan OutRight Action International ilə birlikdə Əfqanıstanda “Talibanın” hakimiyyətə gəlməsindən sonrakı dövrdə kuirlərin həyatı haqqında hesabat dərc edib.
Ekspertlərin rəyləri bədbindir: araşdırmanın nəticələrinə görə, LGBTQ+lar ölkədə günü-gündən daha çox təqibə məruz qalırlar, o cümlədən döyülürlər və seksuallaşdırılmış zorakılıqla üzləşirlər.
“Əfqanıstanda “Talibanın” hakimiyyəti altında sərt gender normalarına uyğun gəlməyən insanlar daha çox çıxılmaz vəziyyətdə qalır və həyat və təhlükəsizliklərinə daha çox təhdidlər yaranır”, - Human Rights Watch qeyd edir. Yeni hesabat göstərir ki, taliblərin Əfqanıstanda hakimiyyətə gəlməsi ümumilikdə insan haqları üçün faciə olsa da, LGBTİ+ əfqanlar zərərçəkənlər arasında daha həssas qrupa çevriliblər.
Hesabat barədə daha ətraflı buradan öyrənmək olar.
Powered by Froala Editor