İki nəfər gənc lezbiyan cütlüyün “vəhşi” qətlinə görə həbs edilib
Meksika polisi lezbiyan cütlük Nohemi Medina Martinez və Yulissa Ramiresi öldürməkdə şübhəli bilinən bir kişi və bir qadını həbs edib
28/Jan/22
1240
İki nəfər gənc lezbiyan cütlüyün “vəhşi” qətlinə görə həbs edilib
Meksika polisi lezbiyan cütlük Nohemi Medina Martinez və Yulissa Ramiresi öldürməkdə şübhəli bilinən bir kişi və bir qadını həbs edib.
Chihuahua prokurorluğunun 24 yanvar bazar ertəsi günü verdiyi məlumata görə, 25 yaşlı Jaqueline Isela C.R və 25 yaşlı David R, ağırlaşdırılmış femisid ittihamı ilə həbs ediliblər.
Səlahiyyətlilər cütlüyü 28 yaşlı Nohemi Medina Martinez və Yulizsa Ramiresi öldürməkdə ittiham edib.
Evli cütlüyün parçalanmış cəsədləri ABŞ-Meksika sərhədi yaxınlığındakı magistral yolda bir-birindən bir neçə mil aralıda zibil torbalarına atılmış vəziyyətdə tapılıb.
Səlahiyyətlilər Texas ştatının El Paso şəhərində yaşayan, lakin Ciudad Juarezdə ailələrini ziyarət edən Martinez və Ramiresin öldürülməzdən əvvəl işgəncələrə məruz qaldıqlarına bildiriblər. Onların üç övladı valideynsiz qalıb.
Powered by Froala Editor